Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin "Xocalı-1992" kitabı işıq üzü görüb
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - Azərbaycan, ingilis, fransız və rus dillərində “Xocalı-1992” kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabın Azərbaycan dili ilə yanaşı, ingilis, fransız və rus dillərində nəşr edilməsi də rəmzidir. Çünki bu xarici dillər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin dövlət dilləridir. Bununla da, kitabın yaradıcı heyəti həmin münaqişənin ən dramatik və qanlı hadisəsi barədə gerçəkliyi növbəti dəfə diqqətə çatdırır. |