az|en|ru

"Kaspi" qəzeti "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib


 Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib. Bu barədə APA-ya "Kaspi" qəzetindən məlumat verilib.

Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyul ayının 22-nə - Milli Mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılıb.

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovdur.