az|en|ru

‎"Azərbaycan bayrağı İst-River sahilində" kitabının təqdimat mərasimi keçirilib [ 29 ‎Sentyabr 2009 13:10 ]


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Bakı. Elnur Məmmədli - APA. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı "Azərbaycan bayrağı İst-River sahilində" kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın yaradıcı qrupunun rəhbəri Fuad Babayev bildirib ki, kitab Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə həsr olunub. Kitab oxuculara Azərbaycan və ingilis dillərində tam mətin, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunub. 64 sənəd, 50-dən artıq foto-sənədin toplandığı kitaba H. Əliyevin BMT Baş Məclisinin 49-cu və 50-ci sessiyalarındakı çıxışları, prezident İlham Əliyevin qurumun 58-ci və 59-cu sessiyalarındakı çıxışları, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamə daxil edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Polxovun sözlərinə görə, H. Əliyevin 15 il əvvəl etdiyi çıxış və bugünkü siyasət onu göstərir ki, Azərbaycanın xarici siyasəti dəyişməz qalır: "Azərbaycan xarici işlər nazirinin BMT Baş Məclisinin 64-cü sessiyası da 15 il əvvəlki çıxışla üst-üstə düşür. Heydər Əliyev 15 il əvvəl də BMT-nin rolunun artırılmasını təklif edirdi və bu məsələ bu gün də aktualdır".

BMT-nin Bakı ofisinin təmsilçisi Fərqan Abbaszadə də kitabın xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycan-BMT münasibətləri və qurumun Azərbaycanda həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verib.

Qeyd edək ki, kitab ilkin mərhələdə 500 tirajla çap olunub.