az|en|ru

Qəbələ regional bürosu


Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin regionlarına səfər çərçivəsində Qəbələ rayonunda olmuşdur. Səfərin gedişində Qəbələ şəhərindəki Heydər Əliyev Muzeyinin açılışında iştirak edən Azərbaycan Prezidenti həmçinin, "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının Qəbələ regional bürosu ilə də tanış olmuşdur. Prezidentə məlumat verilmişdir ki, "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası 2004-cü il may ayının 10-da, ümummilli liderimizin ad günündə ilk dəfə efirə çıxmışdır. Elektron Kitabxanada ulu öndərin zəngin irsini əks etdirən materiallar toplanmışdır. 25 dildə fəliyyət göstərən və 100 mindən artıq sənədin yerləşdirildiyi kitabxana daim zənginləşdirilir. Hər ay 100-dən çox ölkədən on minlərlə oxucu elektron kitabxananın materialları ilə tanış olur.