az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərcümə laboratoriyasında fransalı tədqiqatçı Antoine Constant ilə görüş keçirilib


Oktyabrın 24-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasında fransalı tədqiqatçı Antoine Constant ilə görüş keçirilib.

Mərkəzin baş direktoru Fuad Babayev qonağı salamlayıb və ona Mərkəz barəsində ətraflı məlumat verib. Azərbaycan haqqında bir neçə kitabın müəllifi olan qonaqla Portalın fransız dili versiyasının redaktoru qismində əməkdaşlıq haqqında razılıq əldə edilib. Fransanın Azərbaycana və Cənubi Qafqaza maraq gostərən elmi-tədqiqat mərkəzləri, alimlərlə müştərək layihələr (konfrans, internet körpü və s.) və siyasi terminlər lüğətinin tərtibinə dair ilkin razılıq əldə edilib.