“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr olunub.
"Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabı Azərbaycan Respublikasının müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr olunub.
ISBN:978-9952-81346-5 Həcmi: 31 Kitabın buraxıldığı il: 2011 Format: 70x100 Sifariş: 207 Tiraj: 500 Səhifə:371 Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri
Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif illərdə inauqurasiya mərasimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xarici və daxili siyasət, neft strategiyası, iqtisadiyyat, mədəniyyət, diaspora, ordu quruculuğu, din, gənclər siyasəti ilə bağlı çıxışları daxil olunub. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı tarixi arayış, çıxışlarda adları çəkilən anlayışlar və şəxsiyyətlərlə bağlı məlumat-soraq materialları da kitabda yer almışdır. Kitabda həmçinin, hər bir çıxışın ingilis dilində qısa məzmunu verilmişdir.