az|en|ru

CƏMİYYƏT : «Azərbaycan bayrağı İst-River sahilində» adlı kitabın təqdimat mərasimi keçirilib


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Bu gün mərhum prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği 2004-cü il may ayının 10-da ad günündə yaradılmış Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) əsas fəaliyyət istiqamətləri və "Azərbaycan bayrağı İst-River sahilində" adlı kitabın təqdimat mərasimi keçirilib.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, yaradıcı qrupun rəhbəri Fuad Babayev tədbirin məqsədi barədə məlumt verib: "Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev 15 il bundan öncə BMT baş məclisində, yəni planetin ən universal Beynəlxalq Qurumunun ali kürsüsündə çıxış edib. Biz bu tarixi yaddaşlarda əbədiləşdirmək üçün belə bir kitab buraxıldı. "Azərbaycan bayrağı İst-River sahilində". Bu kitabda ümumilli lideri Heydər Əliyevin, cənab prezident İlham Əliyevin və Mehriban Əliyevanın BMT ilə əlaqədar əsas çıxışları və görüşlərinin mətinləri yer alıb. Kitab 2 dildə Azərbaycan və İngilis dillərində nəşr olunub. Kitabda 50-dən artıq sənəd, 10-larla foto şəkil yerləşdirilib. Düşünürəm ki, bu kitab Azərbaycan və BMT münasibətləri üçün çox əhəmiyyətli bir məhsuldur. Kitabın üzərində Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin nəşriyyat qrupu çalışıb, kitabın elmi məsləhətçisi Milli Elmlər Akademiyasının həqiqi üzvi və Araşdırmalar Mərkəzinin Redaksiya Şurasının rəhbəri akademik Asəf Nadirov, buraxılışa məsul Vurğun Süleymanov və politoloq və ekspertlərimizin əməyi keçib. Kitabın ilk 500 nüsxə tirajı mövcuddur. Bu kitab disk formatında da buraxılıb. Eyni zamanda həmin kitab bizim saytımızda da yerləşdiriləcək. İstər Xarici İşlər Nazirliyinin xətti ilə istərsədə öz beynəlxalq rabitələrimiz ilə biz bu kitabı yayacağıq".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Polxov bildirib ki, H.Əliyevin 15 il əvvəl etdiyi çıxış və bugünkü siyasət onu göstərir ki, Azərbaycanın xarici siyasəti dəyişməz qalır: "Azərbaycan xarici işlər nazirinin BMT Baş Məclisinin 64-cü sessiyası da 15 il əvvəlki çıxışla üst-üstə düşür. Heydər Əliyev 15 il əvvəl də BMT-nin rolunun artırılmasını təklif edirdi və bu məsələ bu gün də aktualdır".

BMT-nin Bakı ofisinin təmsilçisi Fərqan Abbaszadə də kitabın xüsusi əhəmiyyətindən danışıb. O, Azərbaycan-BMT münasibətləri və qurumun Azərbaycanda həyata keçirdiyi tədbirlərlə bağlı məlumat verib.

Tədbirdə iştirak edən digər qonaqlar çıxış edib.