az|en|ru

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür...

wap.aliyevheritage.com portalının təqdimat mərasimi keçirildi


scotch egg
temp-thumb
 
 
 
 
 
Sayta mobil telefonla da daxil olmaq mümkündür
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi wap.aliyevheritage.com portalının təqdimat mərasimini keçirib. Qurumun baş direktoru Fuad Babayev bildirib ki, saytın əsas üstünlüyü belə saytlara daxil olmaq istəyən istifadəçilərin əlavə qurğulardan (kompüter, modem) istifadəsinə ehtiyacın qalmamasından ibarətdir.

GSM standartlı bütün müasir mobil telefonlardan vap sayta daxil olmaq mümkündür: "Mərkəzimizin wap portalının yaradılmasında da bu amillər əsas rol oynayıb. Vap.aliyevheritage.com saytının yaradılması ilə oxucularımız mobil telefonlar vasitəsilə Azərbaycan xalqının ümummilli lideri haqqında olan əsərlər barədə məlumat almaq imkanına malik olacaqlar".

Onun sözlərinə görə, ilkin mərhələdə sayt Azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaq. Sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaq. F.Babayev onu da bildirdi ki, mərkəzin portalı vasitəsilə Heydər Əliyevin çıxışları, bəyanatları, məktubları və görüşlərinin mətnləri 35 dildə dünya oxucularına çatdırılır: "Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri kitab nəşridir. Mərkəzin nəşriyyat qrupu tərəfindən müxtəlif dillərdə kitablar, broşuralar və bukletlər nəşr olunur".

Mərkəz rəhbəri əlavə etdi ki, ötən dövr ərzində Azərbaycan, ingilis, fransız dillərində "Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", Azərbaycan, ingilis, fransız, ərəb dillərində "Azərbaycan İslam Konfrası Təşkilatı sıralarında", Azərbaycan ingilis və rus dillərində "Sabaha doğru", "Azərbaycan bapyrağı İst-River sahillərində" (Azərbaycan , ingilis dillərində tam mətn, Çin, ərəb, fransız, ispan və rus dillərində məğzi) və "Azərbaycan qadını naminə" kitabları nəşr olunub: "Vap portalı yaradılanda veb portaldakı prinsiplər saxlanılıb. Yəni sənədlər bölümlər üzrə yerləşdirilir. Bu bölümlər isə alt bölümlərə ayrılır".

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvü Asəf Nadirov və digərləri sayt haqqında fikirlərini bölüşdülər.

Əli Zülfüqaroğlu