"İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram"
![]() Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib.
Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyul ayının 22-nə - Milli Mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılıb. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur. |
