Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında keçirilən diskussiyalar silsiləsindən növbəti tədbir “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr: dini-tarixi abidələr” mövzusuna həsr olunub.
Diskussiyada Aİİ-nin kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov, institutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, tarix elmləri doktoru, professor Qafar Cəbiyev, Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov, sənətşünaslıq üzrə elmlər doktoru memar Elçin Əliyev iştirak edirdi. Fuad Babayev: Bu günkü qonaqlarımızın da hamısı dəyər verdiyimiz insanlardır. Bu diskussiyamız üçün belə bir ad seçmişik – “Milli-mənəvi dəyərlərin təcəssümü olan daş kitabələr, dini, tarixi abidələr”. Hesab edirəm ki, bu gün müzakirələrə arxeoloq, tarix üzrə elmlər doktoru, professor Qafar Cəbiyevin çıxışı ilə başlasaq, daha məqsədəuyğun olardı.
Fuad Babayev: Yəni “qara arxeologiya” ilə?..
Qafar Cəbiyev: Bəli. XIX əsrin sonlarında Morqanın dəstəsinin etdiklərinin bu gün primitiv formasını edirlər. Morqan heç olmasa tapdıqlarını siyahıya alır, aparıb, Almaniya və Fransa muzeylərinə, şəxsi kolleksiyalara satırdı. İndi isə dağıdılan abidələrdən tapılan əşyaların hara və kimə getdiyini heç kəs bilmir. Heç nə olduğunu da bilən yoxdur. Çox biabırçı vəziyyətdir. Əlaqədar orqanlar bu məsələni xüsusi nəzarətə götürməlidir. Bu yaxınlarda Şəkidə bir abidənin üstünü ekskovatorla açan bir qrup tutuldu. Azərbaycanda onlarla kurqan saymaq olar ki, qeyri-müəyyən şəxslər tərəfindən, qeyri-müəyyən şəraitdə dağıdılıb. Qazılıb, içərisi ovulub, çıxarılıb. Qəbələdə, Zaha kəndi yaxınlığındakı kurqanlardan biri dururdu. 3-4 il əvvəl Koreya arxeoloqları SEBA-nın dəvətilə orada iş aparırdılar. Nəhəng bir kurqan idi və 2,5 il orada işlədilər. 3 min ilə yaxın tarixi olan kurqanın içində heç nə tapmadılar. Naməlum şəxslər tərəfindən kurqan qarət olunmuşdu. Həm də çoxdan qarət olunmamışdı. Çünki içərisindən sellofan torbalar çıxdı. Bunlar təzə deyil. Vaxtilə A.İessenin rəhbərliyi ilə Üçtəpə kurqanları tədqiq olunanda da buna bənzər əhvalat olmuşdu. Üç kurqandır, onların yalnız birində dəfn olur. İessen də tədqiqat zamanı ortadakını işarə edib ki, o qazılmalıdır, qalan ikisi isə aldadıcıdır. Böyük qüvvə ilə həmin kurqanı bir ilə yaxın qazdılar. Kurqanın mərkəzi kamerasına çatanda, Bakıya, Mətkəzi Komitəyə, Ali Sovetə və Nazirlər Komitəsinə, Akademiyaya, Mədəniyyət Nazirliyinə məktub göndəriblər. Onlar güman ediblər ki, kurqandan xeyli qiymətli əşya çıxa bilər, buna görə də komissiya yaradılmasını istəyiblər. Adətən, analoji kurqanlardan 10-12 kiloqram qızıl çıxır. Bakıdan komissiya gedir, amma qəbirdən heç skelet də tapılmayıb. Yalnız kurqanın üstündən düşəndə, ortadan lağım izi aşkar ediblər. Lağımdan bir ədəd qızıl cam çıxdı. Çox güman ki, içəridəkiləri yığıb, aparanda tələsikdə əllərindən salıb, itiriblər. Fuad Babayev: Nə vaxt bunu ediblər? Qafar Cəbiyev: Dəfndən az sonra. Yəqin ki, ətrafda yaşayanlar burada kimin dəfn edildiyini biliblər. Təzə-təzə onu qazmaq həm də daha asan idi. Azərbaycan ərazisindən Gürcüstana çox qiymətli əntiq əşyalar ötürülür. Mən bunları havadan söyləmirəm. Şəkidə, Gəncədə bu işlə məşğul olan şəxslər formalaşıb. Fuad Babayev: Görünür, müəyyən ibtidai hazırlıqları da var ki, haranı qazmaq lazım olduğunu da blirlər. Qafar Cəbiyev: Kriminal ünsürlər belə şeyləri yaxşı bacarırlar. Biz qazıntı aparmaq üçün onu plana salmalı, vəkalətnamə almalı, onu qeydiyyatdan keçirməliyik. Bundan sonra həmin yeri hazırlamalı, avadanlıq almalıyıq. Biz bu prosedurları həyata keçirənə kimi onlar həmin yerləri 50 dəfə qarət edə bilərlər. Hərçənd hər şeyin üstünə qara pərdə də çəkmək olmaz. Abidələrin qorunması məqsədilə dövlət səviyyəsində, Heydər Əliyev Fondu səviyyəsində böyük işlər də görülür. Bu istiqamətdə ayrı-ayrı imkanlı şəxslər, qeyri-hökumət təşkilatları da müəyyən işlər görürlər. Elə Şəmkirdə, Qəbələdə, Ağsuda özəl qurumların maliyyəsi ilə böyük işlər görülür. Ağsuda Şeyx Dursun məqbərəsi var. 1457-ci il abidəsidir. Bərbad vəziyyətdə idi. “Miras” İctimai Birliyinin xətti ilə italiyalı mütəxəssislər dəvət olundu, böyük konservasiya işləri aparıldı. Demək istəyirəm ki, yaxşı nümunələr də var. Amma gedənlər itir və onları qaytarmaq mümkün deyil. Bu, hər birimiz üçün həyəcan təbili olmalıdır. Fuad Babayev: Faiq müəllim, Siz Abidələri Müdafiə İctimai Təşkilatının rəhbərisiniz. Sizi dinləmək istərdik.
Qafar Cəbiyev: Bu kodlar bizimdir, yoxsa onların? Faiq İsmayılov: Onlarındır. Bizdə sovet dövründən qalma siyahıya görə, işğal olunmuş ərazilərimizdə 800-dən bir qədər çox tarix və mədəniyyət abidələrimiz var. Bizim apardığımız araşdırdımaya görə, 2645 abidə (bura arxeoloji, memarlıq, tarix, incəsənət abidələri daxildir – F.İ.) var. Fuad Babayev: Təbii ki, dini tarixi abidələr onların əsas hissəsini təşkil edir. Faiq İsmayılov: İndi deyəcəyəm. Biz öz siyahımızda görüntüsü olmayan abidənin qeydiyyatını aparmadıq. Siyahıda olan abidələrin hamısının görüntüsü və coğrafi xəritəsi var. Bizim özümüzdə hətta rəsmi saytlarda da təhrif edilmiş rəqəmlər göstərilir. Tarixi əhəmiyyətli dini abidələrimiz çox vacibdir. Fuad Babayev: Belə bir açıqlama əvvəllər də vermişdiniz ki, tarixi abidələrimizn sayı müxtəlif cür verilir. Faiq İsmayılov: Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytında yazılır ki, işğal olunmuş ərazilərdə 18 məscid qalıb. Sonra biz Mübariz müəllimlə (Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – red.) görüşdük. Mübariz müəllim özü məni bir tədbirdə dəvət etdi ki, görüşüb, söhbət edək. Dini İşlər üzrə Dövlət Komitəsi 67 məscidin siyahısını əldə etdi. Biz 74 etmişik, yəni bir neçə ədəd fərqimiz var. Amma bayaq dediyim rəqəm elədir ki, sanki bizim o bölgədən xəbərimiz olmayıb. Yalnız Şuşa şəhərində 17 məhəllə məscidi olub. Onun üçü – Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri qoşaminarəli məscidlər idi. Biz həmin 17 məscidin 13-nün yerini müəyyənləşdirmişik, 4-ü üzərində isə iş aparırırıq. Elə isə bu cür rəqəmlər haradan çıxır? Axı belə getsə, dəyərlərimiz məhv olar. Məncə, belə mövzuları vaxtaşırı gündəmə gətirmək lazımdır. Ona görə də mən Sizə təşəkkürümü bildirirəm. Bu mövzunu biz nə qədər çox səsləndiririksə, kimlərinsə diqqətini çəkə bilirik. Mənim təzyiq etmək imkanım yoxdur, məmur deyiləm. Yalnız Nazirlər Kabineti yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun üzvüyəm. Memarlar İttifaqının İdarə Heyətinin üzvüyəm, o da qeyri-hökumət təşkilatıdır. İşğal olunmuş ərazilərdə zərər görmüş abidələrin dəqiq sayı müəyyən edilməlidir və Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Əks təqdirdə bu siyahı Nazirlər Kabinetində təsdiq olunmazsa, rəsmi sənəd sayıla bilməz. Biz Laçın rayonu Fərəcan kəndindəki alban abidəsinin üzərindən, Hadrut rayonu ərazisindəki monastırdan aparılmış kitabələrin qaytarılmasına nail olmalıyıq.
Faiq İsmayılov: Guya onlar Ermənistanın Qarabağ ərazisindəki erməni milli mədəni dəyərlərinə məxsus nümunələrdir. Fuad Babayev: Mən Elçin müəllimə sual ünvanlamaq istərdim. İşğal altındakı abidələrin durumu ürəkağrıdandır. Amma bizim işğal olunmamış ərazilərimizdəki dini-tarixi abidələrin bəzilərinin də durumu ürəkaçan deyil. Məsələn, Quba rayonunun Xanəgah kəndindəki məscid binası dağılıb, gedir. Bizim işğal olunmamış ərazilərdəki dini-tarixi abidələrin durumu haqqında arayış varmı?
Fuad Babayev: Buyurun, İlkin müəllim, Sizi dinləyək.
Qafar Cəbiyev: Ağsuda XVIII əsrə aid bir məscid açmışıq, orada 2 mehrab var. 56 sütünu var, onun analoqu Xivədə var.
İlkin Əlimuradov: Bu mənim üçün doğrudan da maraqlı məlumat oldu. Ötən görüşümüzdə biz multikultural, milli-mənəvi dəyərlərdən danışdıq. Bu da göstərir ki, bizdə bu ənənə tarix boyu mövcuddur. Bu dini-tarixi abidələrimizdə də öz əksini tapıb. Fuad Babayev: 1902-ci il Şamaxı zəlzələsindən sonra Şamaxı məscidi Zivər bəy Əhmədbəyovun layihəsinə əsasən bərpa olunub. 3 mehrab ondan əvvəl də var imiş? İlkin Əlimuradov: Məscid son dəfə 2013-cü ildə bərpa edilib. Məscidin qabaq hissəsi, bir də tavanı yenilənib. Qalan divarlar, o cümlədən də mehrblar isə olduğu kimi qalıb. O məscid bizim tariximizin dilsiz şahididir. 1918-ci ildə məscidə sığınmış uşaqları, qadınları və qocaları qapıları bağlayaraq bu məsciddə ermənilər yandırıblar. O yanıq izləri bu gün də məscidin divarlarında qalmaqdadır. Məscidin həyətində də bir kitabə var və Azərbaycan, ingilis və rus dillərində bu dini abidə ilə bağlı məlumat verilir. Fuad Babayev: Məscidlə üzbəüz də nəsə bir abidənin qalıqları var… Qafar Cəbiyev: Mədrəsənin hücrələrinin qalıqlarıdır. İlkin Əlimuradov: Şamaxı məscidi nəinki Azərbaycanın ən qədim məscididir, hətta Qafqada iki ən qədim məsciddən biridir – Dərbənd və Şamaxı məscidləri. Qafqazda ən qədim məscidin Azərbaycanda olması dini-mənəvi dəyərlər baxımından çox böyük əhəmiyyət kəsb edir. Ən qədim məscidlərdən biri də İçərişəhərdə Sınıq Qala adı ilə məşhur olan Məhəmməd məscididir. Səhv etmirəmsə, həmin məscidin adı Məhəmməd peyğəmbərlə əlaqədar deyil. Məscid onu tikən şəxsin adı ilə adlandırılıb. İçərişəhərdə xeyli məscid var. Elə Məhəmməd məscidinin yaxınlığında 1899-cu ildə tikilmiş Cümə məscidini götürək. Cümə məscidinin yeri daha qədimdir. Məscid sovet dövründə Xalça muzeyi kimi fəaliyyət göstərib. Ölkə rəhbərliyi qədim dini abidələrin bərpa və təmirinə böyük diqqət yetirir. Bu baxımdan Ulu Öndərin təşəbbüsü ilə bərpasına başlanmış və özünün də açılışında iştirak etdiyi Bibiheybət məscidini vurğulamaq yerinə düşər. Bibiheybət məscidi İslam aləmi üçün də böyük əhəmiyyət kəsb edən dini abidədir. Burada İslam aləmində müqəddəslərdən sayılan imamın nəvəsi dəfn olunub. Bibiheybət ziyarətgahının digər ziyarətgalarla müqayisədə əsaslılığı daha çox etibarlıdır. Səfəvi hökmdarlarının qərarlarında da bu məscidin adı çəkilir, onun qorunmasının vacibliyi ilə bağlı sənədlər mövcuddur. Fuad Babayev: Elvüsal müəllim, buyurun.
Qafar Cəbiyev: Qaxa hansı tərəfdən girirsənsə, kilsələr görsənir. Qaxda 7 kilsə var. Şəki tərəfdən girəndə Kürmük kilsəsi, İlisu tərəfdən girəndə Qaxbaşdakı kilsə və s. görünür. Fuad Babayev: Qafar müəllim, bu kilsələr fəaliyyətdədirmi, yoxsa ancaq abidə kimi qalır? Qafar Cəbiyev: Fəaliyyətdə olanı da, olmayanı da var. Kürmük məbədini XIX əsrdə qırmızı kərpicdən tikməklə kilsə ediblər. Əslində isə Strabonun adını çəkdiyi Ay məbədidir. Strabon yazırdı ki, ildə iki dəfə insanlar onu ziyarətə gəlir, qurbanlar kəsir və niyyət edirlər. Azərbaycan və Gürcüstanda ikinci belə bir ziyarətgah yoxdur. Elvüsal Məmmədov: İlisuya təyin olunmuş çar pristavının xatirəsini oxumuşam. Orada maraqlı bir fakt var. Yazır ki, əslində kilsə o məbədin yerində tikilməyib. Məbəd ondan 7 metr aralıda olub. Qafar Cəbiyev: Bəli, ziyarətə gələnlər kilsəyə girib şam yandırmırlar, yaxınlıqdakı böyük vulkanik qara daşı ziyarət edirlər. Görünür, Strabon yazandan əvvəl də sitayiş yeri olub. Albaniyada xristianlıq qəbul olunanda, xristian din xadimləri, missionerlər insanların o daşı ziyarət etdiyini görüb, onun üstündə kilsə tikiblər. Fuad Babayev: Nahid müəllim, Sizi dinləyək.
Hazırladı: Gündüz Nəsibov, 1905.az
|
