az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi wap.aliyevheritage.com portalının təqdimat mərasimini keçirib [05 May 2010 12:52]


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Bakı. Elbrus Seyfullayev - APA Bu gün Heydər Əliyev İrsini Araşdırma Mərkəzi wap.aliyevheritage.com portalının təqdimat mərasimini keçirib. APA-nın xəbərinə görə, təşkilatın icraçı direktoru Fuad Babayev deyib ki, wap saytın əsas üstünlüyü ondan ibarətdir ki, belə saytlara daxil olmaq istəyən istifadəçilərin əlavə qurğulardan (kompüter, modem) istifadəsinə ehtiyacı qalmır. GSM standartlı bütün müasir mobil telefonlardan WAP sayta daxil olmaq mümkündür: “Mərkəzimizin wap portalının yaradılmasında da bu amillər əsas rol oynayıb. wap.aliyevheritage.com saytının yaradılması ilə oxucularımız mobil telefonlar vasitəsilə Azərbaycan xalqının ümummilli lideri haqqında olan əsərlər barədə məlumat almaq imkanına malik olacaqlar”.

Onun sözlərin görə, ilkin mərhələdə sayt Azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaq. Sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaq.