az|en|ru

"Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimi keçirilib [06 Mart 2010 12:47]


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
 
Bakı. Elbrus Seyfullayev - APA. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimini keçirib. APA-nın xəbərinə görə, tədbirdə nəşrin məsləhətçisi, akademik Asəf Nadirov deyib ki, üç dildə nəşr edilən kitabda Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınlara müraciətləri, qadınların I qurultayındakı nitqi, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları, prezident İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxışları və digər materiallar toplanıb. Kitaba, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın beynəlxalq əhəmiyyətli tədbirlərdə sözügedən mövzu ilə bağlı çıxışları daxil edilib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.