az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi wap.aliyevheritage.com portalını təqdim edib


scotch egg
temp-thumb
 
 
 
 
 
 
Atif Eyvazov/AZADİNFORM. Bu gün “Park-İnn” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönüümü münasibətilə Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı wap.aliyevheritage.som portalının təqdimat mərasimi keçirildi. AZADİNFORM xəbər verir ki, təqdimatda çıxış edən Mərkəzin Baş direktoru Fuad Babayev rəhbərlik etdiyi qurumun yaranma tarixi, gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdi. O qeyd etdi ki, Mərkəz 2004-cü ildə yaradılıb və Heydər Əliyevin zəngin irsini 35 dildə dünya oxucularına çatdırır. Yeni portalın üstünlüyündən bəhs edən F.Babayev bildirdi ki, 5 dildə fəaliyyət göstərəcək portala mobil telefon vasitəsilə də daxil olaraq Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq mümkündür. Mərkəzin Elmi Redaksiya Şurasının rəhbəri, AMEA-nın həqiqi üzvü Asəf Nadirov isə qeyd etdi ki, dünyanın əksər ölkələrində Heydər Əliyev irsi ilə tanış olanlar var və bundan faydalananların 60 faizi müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərdir. Onun sözlərinə görə, hər iki portalda Heydər Əliyev irisi ilə bərabər Azərbaycanın bugünkü həqiqətləri də dünya ictimaiyyətinə çatdırılır. Sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov və digər şəxslər portalla bağlı fikirlərini açıqladılar.