"İntellektual olmaq dəbdədir" şüarıyla baş tutan tədbir Yeni Yazarlar və Sənətçilər Qurumunun və Yazıçılar Birliyinin (YYSQ) təşkilatçılığı, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin, Milli Kitabxananın rəsmi dəstəyi ilə gerçəkləşib.
Azərbaycanda fəaliyyət göstərən nəşriyyat və çap evlərinin təmsil olunduğu tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi də iştirak edib. Mərkəzin kitablarının və digər çap məhsullarının nümayiş etdirildiyi lövhə qonaqların böyük marağına səbəb olub. Tədbir iştirakçılarına Mərkəzin nəşrləri barədə geniş məlumat verilib.
Tədbirin sonunda Mərkəzin nəşr etdirdiyi kitablar M.F.Axundov adına Milli Kitabxanaya hədiyyə edilib.
|