az|en|ru

Kurslarımız


"Heydər Əliyev irsini öyrənirik" kursu ali məktəblərin humanitar yönümlü fakültələrinin magistrantları üçün nəzərdə tutulmuşdur.

Kursun məqsədi dinləyicilərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsi barəsində aydın təsəvvür yaratmaqdan, onların bilgilərini dərinləşdirməkdən, Heydər Əliyevin fəaliyyətinin müxtəlif aspektlərini şərh etməkdən, iştirakçısı olduğu görüşlərin əhəmiyyətini çatdırmaqdan, Heydər Əliyevin və onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan naminə həyata keçirdikləri fəaliyyəti təhlil etməkdən ibarətdir.

Kursun əsas məşğələ formaları aşağıdakılardan ibarətdir:
 
1) Mühazirələr;
 
2) "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanası ilə tanışlıq;
 
3) Müzakirə olunan məsələlərlə bağlı diskussiyaların aparılması

Tədris prosesində Heydər Əliyevin çıxışlarından, bəyanatlarından, məktublarından, eləcə də rəsmi sənədlərdən istifadə olunur.