az|en|ru

Qobustan regional bürosu


23 oktyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə regionlarına səfər proqramı çərçivəsində Qobustan rayonunda olmuşdur. Azərbaycan Prezidenti rayon mərkəzində Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Qobustan regional bürosunun yeni binasının açılışında iştirak etmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev bu qurumun fəaliyyəti barəsində dövlət başçısına məlumat vermişdir.