az|en|ru

TƏRCÜMƏ LABORATORİYASI


 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində  Tərcümə Laboratoriyası uğurla fəaliyyət göstərir. Ötən illər ərzində Tərcümə Laboratoriyasında onlarla kitab və məcmuə xarici dillərə tərcümə edilib. Xüsusi uğur qazanmış kitablar  sırasında “Böyük Liderin 90 anı”, "Heydər Əliyev: Biz ‎Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik", "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram", "Azərbaycan İslam Konfransı Təşkilatı ‎sıralarında", "Azərbaycan-NATO: tərəfdaşlıqdan ‎başlanan yol", "Sabaha doğru", "Azərbaycan bayrağı İst-River ‎sahilində",  "Azərbaycan vahid və bölünməz Avropada",  “Tarixi Azərbaycan dövlətləri”,  “Xocalı-1992”  və digər nəşrlərin adını çəkmək olar.