Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatından 21 il ötür...
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə sərgi nümayiş olunub
Bu gün Heydər Əliyev İrsini Aradırma Mərkəzi (www.aliyevheritage.org) və “1905.az” səyyar qalereyasının təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Yaşasın Azərbaycan əsgəri” mövzusunda foto-sərginin açılış mərasimi keçirilib.Açılışdan öncə mərasim iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstələri qoyublar. Yasamal rayon İcra Hakimiyyəti rəhbərliyinin, ziyalıların, hərbçilərin və media mənsublarının iştirak etdiyi mərasimi giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açıb və qonaqları salamlayıb. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev tədbirə toplaşanlara minnətdarlığını bildirib və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib. Sərgidə nümayiş etdirilən fotoların müəllifi, on il ərzində böyük Heydər Əliyevi müşayiət etmiş şəxsi fotoqrafı, Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin böyük məsləhətçisi Rafiq Bağırov ümumilli liderlə bağlı xatirələrini bölüşüb. Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu fotonun hərbi-vətənpərvərlik işinin təbliğindəki rolundan danışıb. Rəsmi açılış mərasimindən sonra qonaqlar foto-sərginin ekspozisiyası ilə tanış olublar. Qeyd edək ki, ekspozisiya həftə sonunadək Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində nümayiş olunacaq. |