az|en|ru

Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin fəaliyyətinin 8 illiyi qeyd olunub


Bugün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ümummilli lider Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti qeyd olunub.

Gün.Az xəbər verir ki, tədbirdə AMEA-nın viste prezidenti Arif Həşimov bildirdi ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı saytı ümumilli lider Heydər Əliyevin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur.

Onun sözlərinə görə, bu illər ərzində mərkəz Heydər Əliyevin fəaliyytinin araşdırması məqsədi ilə bir çox işlər görüb.

Tədbirdə çıxış edən Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, portalda Heydər Əliyevin fəaliyyətinin demək olar ki, bütün sahələrini – xarici və daxili siyasət, iqtisadiyyat, neft strategiyası, ordu quruculuğu, beynəlxalq terrorizmlə mübarizə, böyük siyasətə qayıdış və s. sahələri geniş əhatə olunub.

“Materialları oxucuların asanlıqla tapması üçün bölümlər və alt bölümlər yaradılıb. Portalda dünyada ən geniş yayılmış 50 dildə versiyasının olması dünyanın bir çox ölkələrinin oxucularının materialları ilə öz dillərində tanış olması üçün imkan yaradır.

Ötən il Mərkəzin portalına 185 ölkədən 100 minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənədlə tanış olub. Oxucuların böyük əksəriyyətini dünyanın tanınmış elm mərkəzləri, rəsmi qərarların qəbul edildiyi dövlət qrumları, dünyanın nüfuzlu KİV-nin nümayəndələri, transmilli şirkətlər təşkil edir. Hazırda gün ərzində dünyanın 80-100 ölkəsindən portala oxucular daxil olur”.

Fuad Babayev bildiridi ki, oxucuları əsasən Heydər Əliyevin həyatı ilə yanaşı Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın neft strategiyası, iqtisadiyyatı, ordu quruculuğu, mədəniyyəti və gənclər siyasəti maraqlandırır.    

Daha sonra tədbirdə çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov portalın əhəmiyyətindən və onun Heydər Əliyev irsinin araşdırılması və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolunu vurğuladı.

O, həmçinin qeyd edib ki, AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərən şöbədə Heydər Əliyevin Moskva dövrünü əhadə edən 2 cildlik monoqrafiya hazırlanır. O qeyd edib ki, hər iki cildin Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə qədər təqdim olunması nəzərdə tutulur.

Tədbirdə çıxış edən digər iştirakçılarda Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələri və dövrləri haqqında danışıb və Heydər Əliyevin zəngin irsinin araşdırılımasının vacibliyini vurğulayıblar.