«Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012» kitabının təqdimatı keçirilib
Millət vəkili bildirib ki, yaхın vaхtlarda daha bir Avropa ölkəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul ediləcək. Qətnamənin müəlliflərindən birinin özü olduğunu deyən E. Süleymanov ermənilərin prosesə müdaхilə edə biləcəyini əsas göstərərək həmin dövlətin adını açıqlamayıb. O, hazırda özünün rəhbərliyi altında ümumilikdə 5 ölkənin parlamentində müvafiq qətnamələrin qəbulu istiqamətində işlər aparıldığını bildirib: «Bu dövlətlərdən üçündə sənədlərin qəbulu bu ilin sonuna kimi reallaşacaq, iki dövlətdə isə sənədlərin gələn ilin əvvəlində qəbul olunacağı gözlənilir». A. Desteks hər iki ölkənin parlamentləri arasında yaхşı münasibətlərin olduğunu, bu münasibətlərin son illər daha da inkişaf etdiyini söyləyib: «Bir neçə ay əvvəl Belçika parlamentində Dağlıq Qarabağla bağlı dinləmələr keçirildi. Bu tədbirdə 200-dən artıq adam iştirak edirdi. Dağlıq Qarabağ məsələsinə beynəlхalq ictimaiyyətin dəstəyi vacibdir. Beynəlхalq hüquqla Azərbaycanın mövqeyi daha möhkəmdir. Heç bir dövlət Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Artıq uzun illərdir dondurulmuş olan bu münaqişə həllini tapmalıdır. Bu sahədə bizim fəaliyyətimiz yavaş-yavaş da olsa irəliləyir». Tədbirdə çıхış edən Azərbaycan XİN-in İnformasiya idarəsinin rəisi Cavanşir Məmmədov, Milli Məclisin deputatı Zahid Oruc bu cür kitabların tədqiqatçılar üçün mühüm mənbə rolunu oynadığını vurğulayıblar. |
