az|en|ru

"30 tarixi səfər" təqdim ediləcək


Oxucu.info

Mərkəzinin nəşri olan  "30 tarixi səfər" kitabının təqdimat mərasimi keçiriləcək.

SAM-dan Oxucu.info-ya verilən məlumata görə, "30 tarixi səfər (Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri (1993-2003)"  kitabına ümummilli liderin müvafiq səfərləri ilə bağlı materiallar daxil edilmişdir. 

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, alimlər və digər rəsmi şəxslər iştirak edəcəkdir.