AMEA Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin 8 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib.APA-nın məlumatına görə, AMEA-nın viste-prezidenti Arif Həşimov bildirib ki, mərkəzin www.aliyevheritage.org ünvanındakı portalı Heydər Əliyevin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursdur. Mərkəzin icraçı direktoru Fuad Babayev deyib ki, portala 185 ölkədən yüz minlərlə oxucu daxil olaraq 2 milyona qədər sənədlə tanış olub. O qeyd edib ki, oxucuları əsasən Heydər Əliyevin həyatı ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın neft strategiyası, iqtisadiyyatı, ordu quruculuğu, mədəniyyəti və gənclər siyasəti maraqlandırır. |