az|en|ru

AMEA-da “Heydər Əliyev irsi internet məkanında” mövszusunda tədbir keçirilib


Bu gün AMEA Rəyasət Heyətinin binasında “Heydər Əliyev irsi internet məkanında” mövszusunda tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə akademiyanın I vitse-prezidenti Arif Həşimov açaraq H.Əliyevin ildönümü ərəfəsində AMEA-nın da özünəməxsus tədbirlərin keçirdiyini, o cümlədən, bugünki tədbirin mahiyyətini diqqətə çatdırıb.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin direktoru Fuad Babayev rəhbərlik etdiyi qurumun 8 illik fəaliyyəti ərzində həyata keçirilən layihələr barədə məlumat verib və deyilənlər slaydlarla müşayiət edilib.

Bildirilib ki, mərkəzin aliyevheritage.org ünvanındakı portalı ümummilli liderin irsinin təbliği ilə məşğul olan ən iri elektron resursudur və dünyanın 50 dilində versiyası mövcuddur. Təkcə keçən il portala yüz minlərlə oxucu daxil olaraq 2 milyondan çox sənədlə tanış olub. Oxucuların 63 faizini dünyanın tanınmış elm mərkəzlərinin nümayəndələri təşkil edib.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, akademik Asəf Hacıyev və digər alimlər çıxış edib H.Əliyev İrsinin Araşdırma Mərkəzinin portalında yerləşdirilmiş materialların əhəmiyyətindən söz açıblar və fəaliyyətini təqdir ediblər.

Tədbirə AMEA Rəyasət Heyətinin üzvləri, elmi-tədqiqat institutların rəhbərləri, AMEA-nın həqiqi və və müxbir üzvləri qatılıblar.