az|en|ru

"Xocalı-1992" 4 dildə işıq üzü gördü


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri - "Xocalı-1992" kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb. Mərkəzdən verilən məlumata görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitaba ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilib. Kitabın "Təcavüzkarın dəst-xətti" bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb.
Qeyd edək ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilib, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük maraqla qarşılanıb.