az|en|ru

“Xocalı-1992” kitabı 4 dildə çap edilib


 “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxıb.

APA-nın məlumatına görə, Azərbaycan, ingilis, fransız və rus dillərində çıxan kitab erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer alıb.

Qeyd edək ki, kitabın ilk nəşri Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çap edilib. Kitabın elmi məsləhətçi və ön sözün müəllifi AVCİYA-nın prezidenti Elxan Süleymanovdur.

 

Kitabın hazırlanmasında AzərTAc-ın materiallarından istifadə edilib.