Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 6 nəşri elektron formatda yenidən çap edib.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin APA-ya verdiyi məlumata görə, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunan kitabların elektron variantları yer alıb. Mərkəzin elektron nəşrlərində Azərbaycanın ATƏT-lə İslam Konfransı Təşkilatı, NATO, BMT, Avropa Şurasına qəbul edilməsinin 10-cu ildönümü, Azərbaycan-Avropa İttifaqı münasibətlərindən bəhs edir. |