az|en|ru

"135 illik yol" adlı kitab nəşr olunub


scotch egg
temp-thumb
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti milli mətbuatımızın 135 illiyi ilə bağlı Azərbaycan və ingilis dillərində "135 illik yol" ("Road of 135 years") adlı kitab nəşr edib. Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov ön sözdə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın əsasını qoyub.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları Fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır.

Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir.