az|en|ru

"Azərbaycan qadını naminə" kitabının təqdimatı olacaq


scotch egg
temp-thumb
 
 
 
 
 
6 mart 2010-cu il tarixdə saat 11.00-da "Excelsior" otelinin "Əlincə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan "Azərbaycan qadını naminə" kitabının çapdan çıxması ilə əlaqədar mətbuat konfransı olacaqdır. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olunub. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları yer almışdır.

Kitaba həmçinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tərəfindən yazılmış ön söz, ölkəmizdə həyata keçirilən qadın siyasəti ilə bağlı tarixi arayış və məlumat-soraq materialları daxil edilib.