az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan İslam Konfransı Təşkilatı ‎sıralarında" kitabı işıq üzü görmüşdür


 
 

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun ön söz yazdığı kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır. Kitab Azərbaycan dili ilə yanaşı, İslam Konfransı Təşkilatının işçi dillərində - ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.

   
İSBN: 978-9952-444-04-9

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm
Kitabın buraxıldığı il: 2008
Səhifə: 408

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri
 
 
 

Kitabın annotasiyası: Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır.