az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan bayrağı İst-River ‎sahilində" kitabı işıq üzü görmüşdür


"Azərbaycan bayrağı İst-River sahilində" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycanın BMT ilə münasibətlərindən bəhs edən yeni nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Əlbəttə, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrini əks etdirən sənədlərin hamısını bir cilddə yerləşdirmək mümkün deyil. Ona görə də kitab tərtib edilərkən bu əlaqələrin mahiyyətini əks etdirən sənədlərə üstünlük verilmişdir. Kitab oxuculara Azərbaycan və ingilis dilində tam mətn, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. Kitabın məsləhətçisi akademik Asəf Nadirov, buraxılışa məsulu Vurğun Süleymanov, yaradıcı qrupun rəhbəri isə Fuad Babayevdir.

 
 
  
İSBN : 978-9952-444-23-0
Cild: Supercild və qalın üzlük
Format: 60x84 mm
Kitabın buraxıldığı il: 2009
Səhifə: 435
Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri
  

 

Kitabın annotasiyası: "Azərbaycan bayrağı İst-River sahilində" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Kitaba böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çıxışları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib. Kitabda həmçinin, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - YUNESKOnun xoşməramlı səfi ri Mehriban xanım Əliyevanın ona bu mötəbər adın təqdim olunduğu təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışındakı çıxışları da yer alıb.