az|en|ru

"Azərbaycan qadını naminə" kitabının təqdimatı keçirilib 11:51 (09.03.2010)


scotch egg
temp-thumb
 
 
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən nəşrə hazırlanan "Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimi keçirilib.
 
Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda ulu öndər Heydər Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciətləri, ümummilli liderin Azərbaycan qadınlarının I qurultayındakı nitqi, qadın problemləri ilə bağlı keçirilən toplantılardakı çıxışları və məktubları, Prezident İlham Əliyevin respublikamızda həyata keçirilən dövlət qadın siyasəti ilə əlaqədar nitqləri və digər materiallar toplanıb.

Kitabda həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli tədbirlərdə cəmiyyətdə qadınların rolu haqqında etdiyi çıxışları da yer alıb.

Təqdimat mərasimində çıxış edən kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına göstərdiyi qayğıdan danışıb. O, bildirib ki, ölkəmizdə qadınlara göstərilən diqqətin nəticəsi olaraq 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıdı. "Bu, o vaxt üçün MDB məkanında qadın problemlərinin həlli ilə məşğul olan ilk belə qurum idi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə bu dövlət qurumu daha da genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrildi". Qadın problemlərinin həllinin Azərbaycan hökumətinin siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini deyən H.Hüseynova, ölkəmizdə bu sahədə çox böyük işlərin görüldüyünü söyləyib.

Ümumiyyətlə, qadınların cəmiyyətdə fəal iştirakı üçün böyük potensialın olduğunu vurğulayan H.Hüseynova, bu amildən yararlanmağın vacibliyini qeyd edib. H.Hüseynova qadınlara göstərilən qayğının bariz nümunəsi kimi hər il dövlət büdcəsindən gender məsələlərinə iri həcmdə maliyyə vəsaitinin ayrıldığını, qadınların son zamanlar ictimai-siyasi həyatda fəal mövqe tutduğunu, ötən ilin dekabr ayında keçirilən bələdiyyə seçkilərində qadın namizədlərin sayının artdığını, 300-dən çox qadının bələdiyyə sədri seçildiyini bildirib.

Tədbirdə çıxış edən kitabın məsləhətçisi, akademik Asəf Nadirov bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdə, ictimai-siyasi proseslərdə fəal iştirakı daim Heydər Əliyev siyasətinin tərkib hissəsi olub. "İndi qadınlar ölkəmizin ictimai-siyasi həyatında güclü qüvvəyə çevriliblər", -deyə A.Nadirov vurğulayıb.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

http://www.azertag.com/