az|en|ru

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan-NATO: tərəfdaşlıqdan ‎başlanan yol" kitabı işıq üzü görmüşdür


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
   

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" adlanır.

Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun nüfuzlu məclislərindəki çıxışlarının mətni daxil edilmişdir.

Kitabda həmçinin, mövzu ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları, xəritələr, Azərbaycan Respublikası Prezidenti mətbuat xidmətinin foto-materialları yer almışdır.

Kitab Azərbaycan dili ilə yanaşı, NATO-nun rəsmi dillərində - fransız və ingilis dillərində nəşr olunmuşdur.

"Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" kitabı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyinə ithaf olunur və Azərbaycan Respublikasının NATO-nun "Sülh naminə tərəfdaşlıq" çərçivə sənədini imzalamasının 15 illiyi ərəfəsində işıq üzü görmüşdür.

İSBN: 978-9952-444-21-6
Cild: Supercild və qalın üzlük
Format: 230 x 280 mm
Kitabın buraxıldığı il: 2009
Səhifə: 342
Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Azərbaycan-NATO: tərəfdaşlıqdan əməkdaşlığa" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin NATO-nun mənzil qərargahında, bu təşkilatın Nyu-Yorkda, Avropa - Atlantika Əməkdaşlıq Şurasının Madrid zirvə görüşlərindəki, Parlament Assosiasiyasının Praqa sessiyasındakı çıxışları, NATO-nun baş katibləri Xavyer Solana, Corc Robertson ilə görüşləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun İstanbul Zirvə görüşündə, "Avratlantik İttifaqı yol ayrıcında" mövzusunda Beynəlxalq konfransda, Parlament Assosiasiyasının Paris sessiyasındakı çıxışları və NATO-nun Baş katibi Yaap Hoop de Sxefferlə görüşü yer almışdır.