az|en|ru

"Azərbaycan qadını naminə" kitabının təqdimat mərasimi keçirilib


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri olan «Azərbaycan qadını naminə» kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan xalqının milli lideri Heydər Əliyevin ölkəmizdə qadın siyasəti haqqında 6 mart 2000-ci il tarixli fərmanının 10 iliyinə həsr olunub. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndərin Heydər Əliyevin, prezident İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun pezidenti millət vəkili Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərindəki çıxışları yer alıb.