az|en|ru

"İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram"


Heydər Əliyev Irsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti "İlham Əliyev: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" adlı kitab nəşr edib.

Kitabda prezident İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barədə sərəncamından iyulun 22-nə - mətbuat gününə qədər dövlət səviyyəsində görülmüş tədbirlər Azərbaycan və ingilis dillərində oxuculara çatdırılır.

Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdur.