az|en|ru

İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram


scotch egg
temp-thumb
 
 
 
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə hazırladıqları kitab belə adlanır: "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram".

Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında 2010-cu il 10 iyun tarixli Sərəncamından iyulun 22-nə - Milli Mətbuat gününədək dövlət səviyyəsində görülmüş tədbirlər barədə materiallar Azər­baycan və ingilis dillərində oxuculara çatdırılır. Milli mətbuatımızın 135 iliyinin yuksək səviyyədə və geniş miqyasda qeyd olunması Azərbaycanda fəaliyyət göstərən KİV-lər üçün dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, onların gələcək inkişafı üçün böyük perspektivlər açmışdır. Ümumiyyətlə, cari ilin iyul ayı Azərbaycan milli mətbuatının 135 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə həsr olunmuşdur. Bütün bölgələrdə, nazirliklər və digər qurumlarda yubiley tədbirləri keçirilərək fərqlənmiş jurnalistlər mükafatlandırılmışlar.

Kitabın elmi məsləhətçisi və "Ön söz"ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

"Ön söz"də qeyd olunur ki, iyunun 10-da Prezident İlham Əliyevin milli mətbuatımızın 135 illik yubileyinin geniş qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin Sərəncamda respublikanın şəhərlərində və paytaxtda yubiley tədbirlərinin keçirilməsi, mətbuat işçilərinin mükafatlandırılması, fəxri adların verilməsi ilə bağlı bəndlər vardı. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı tədbirlər planında respublikanın bir sıra regionlarında toplantılar keçirilməsi nəzərdə tutulurdu. Bu tadbirlərdən 6-si Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkaran və Xaçmazda baş tutdu. Sonuncu tədbir isə iyulun 22-də "Gülüstan" sarayında geniş ictimaiyyət və mətbuat nümayəndələrinin iştiraki ilə keçirildi.

Prezident İlham Əliyevin iyu­lun 22-də imzaladığı "Azərbay­can Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında" sərəncama əsasən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərina görə 38 nəfərə "Əmakdar Jurnalist", 15 nəfərə "Əməkdar Mədəniyyət işçisi" və 1 nəfərə "Əməkdar Mühəndis" fəxri adları verilmişdir. Eyni zamanda, dövlətimizin başçısının digər Sərəncami ilə 38 nəfər "Tərəqqi" medalı ila təltif edilmişdir.

Prezidentin həmin tarixdə im­zaladığı "Azərbaycan milli mətbu­atının 135 illiyi ilə əlaqədar tədbir­lərin maliyyələşdirilməsi və Azər­baycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında" sərəncama əsasən isə Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan bir milyon manat məbləğində vəsait ayrılmışdır.

Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna 280 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilmiş, 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 infor­masiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maliyyə yar­dımı ayrılmışdır.

Bundan başqa, Azərbaycan Prezidenti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçun Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaitinin ayrılması haqqında Sərən­cam imzalamışdır.

Xüsusi vurğulamaq lazımdır ki, il ərzində jurnalistlər üçün nəzərdə tutulan müsabiqələrin sayı nəzərə çarpacaq qədər artmış, müxtəlif dövlət qurumları bu işə yaxından dəstək olmuşlar.

Professor Əli Həsənov "Ön söz"də xüsusi qeyd etmişdir ki, Prezident İlham Əliyev Mətbuat Şurasının idarə Heyətinin üzvləri ilə keçirdiyi gorüşdə medianın bugünkü vəziyyətini müsbət qiymətləndirərək demişdir: "Hesab edirəm ki, bizim mətbuatımız böyük və uğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütun mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

Prezident İlham Əliyev çıxışında jurnalistlərin məsuliyyəti ilə bağlı mövqeyini bildirmiş və tövsiyələrini verərək demişdir: "Jur­nalistlər çox məsuliyyətli olmalıdırlar. Burada qərəzsiz mövqe çox vacibdir. Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın güclandirilməsində görürəm. Çünki hələ ki, bizdə bu sahədə, xüsusilə yazılı mediada siyasiləşmə meyilləri çox güclüdür. Ola bilər ki, bu, müəyyən mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi münasibətlər formalaşdığı bir dövrdə qaçılmaz idi. Ancaq mən hesab ediram ki, bu gün medianın inkişafı üçün siya­siləşmə prosesi gərək azalsın. Çünki birinci növbədə, Azərbay­can cəmiyyəti siyasiləşmiş cəmiyyət deyildir. Azərbaycan cə­miyyəti vətənpərvər cəmiyyətdir". Prezident dövlətin mustəqil Azərbaycan mediasının inkişafına daim dəstək olacağını vurğulayaraq, jurnalistləri vətənpərvər olmağa çağırmışdır.

Professor Əli Həsənov yazir ki, Heydər Əliyev irsini Araşdırma Mərkəzi və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitab müstəqillik illərinda Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir və ümidvaram ki, oxucuların ürəyincə olacaqdır.
 
AzərTAc