az|en|ru

Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi www.aliyevheritage.org portalının wap versiyasının təqdimatını keçirib [11:45 / 05.05.2010]


scotch egg
temp-thumb
 
 
 
 
 
 
Bu gün Heydər Əliyev İrsinin Araşdırma Mərkəzi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci öldönümü ərəfəsində www.aliyevheritage.org portalının wap versiyasının təqdimatını keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Fuad Babayev bildiirb ki, gənclərin daha çox internetin wap versiyasından istifadə etməsini nəzərə alaraq bu saytın yeni versiyasının təqdimatı Heydər Əliyev irsinin gənclər arasında öyrənilməsinə şərait yaradacaq.

“Wap saytın əsas üstünlüyü ondan ibarətdir ki, belə sayta daxil olmaq istəyən istifadəçilərin əlavə qurğuların (kompyuter, modeç) köməyinə ehtiyacı qalmır. GSM standartlı müasir mobil telefonlardan wap sayta daxil olmaq mümkündür. Mərkəzimizin wap portalının yaradılmasında da bu amillər əsas rol oynamışdı. wap.aliyevheritage.org saytının yaradılması ilə oxucularımız mobil telefonlar vasitəsilə Azərbaycan xalqının ümumilli liderinin əsərləri barədə məlumat almaq imkanına malik olacaqlar”, - deyə o əlavə edib.

F.Babayev qeyd edib ki, ilkin mərhələdə sayt 5 dildə-azərbaycan, ingilis, rus, alman və türk dillərində olacaq, sonrakı mərhələdə isə əlavə dil versiyaları yaradılacaq.

Tədbirin davamında çıxış edən mərkəzin tədqiqatçısı Asəf Nadirov bildirib ki, Heydər Əliyev İrsinin Araşdırma Mırkəzinin fəaliyyəti yeni layihələrlə genişləndiriləcək və Heydər Əliyevlə bağlı yeni nəşrlər işıq üzü görəcək. Ötən dövr ərzində müxtəlif dillərdə 6 kitab nəşr olunub və onlar ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.