az|en|ru

Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi diskussiyalar silsiləsinə start verir


Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının bazasında diskussiyalar silsiləsinə start verir.

Diskussiya silsiləsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95 illiyinə həsr olunur. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin ekspertləri, Azərbaycan İlahiyyat İnstitutunun mütəxəssisləri, eləcə də tanınmış filosof, politoloq, ilahiyyatçı, hüquqşünas, jurnalist və ictimaiyyət nümayəndələri tədbirlərdə iştirak edəcəklər. Diskussiyalarda Azərbaycanda tolerantlıq və multikulturalizm, milli-mənəvi dəyərlər, dini təhsil, dövlət-din münasibətləri, həmçinin, İslamda məzhəbçilik, dini radikalizm, mədəniyyətlrarası və dinlərarası dialoq və s. məsələlər müzakirə olunacaq.

Tədbirlər 1905.az portalının “Diskussiya klubu”nda keçiriləcək və layihənin sonunda diskussiyalar əsasında kitab nəşr olunacağı nəzərdə tutulub.