az|en|ru

Tədbirlərimiz


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin təşkilatçılığı ilə sərgi nümayiş olunub

Bu gün Heydər  Əliyev  İrsini Aradırma Mərkəzi (www.aliyevheritage.org) və “1905.az” səyyar qalereyasının təşkilatçılığı ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə “Yaşasın Azərbaycan əsgəri” mövzusunda foto-sərginin açılış mərasimi keçirilib.

...

Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin yeni nəşrinin təqdimat mərasimi olub

11 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "30 tarixi səfər" kitabının təqdimat mərasimini keçirmişdir.

Millət vəkilləri, diplomatik korpus nümayəndələri, elm adamları, media təmsilçiləri və digər rəsmi şəxslərin iştirak etdikləri mərasimi giriş sözü ilə Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Fərhad Məmmədov açıb.

...

Heydər Əliyev İrsini Araşırma Mərkəzi tərcümə laboratoriyasının növbəti toplantısı keçirilib

Yanvarın 18-də Heydər Əliyev İrsini Araşırma Mərkəzi tərcümə laboratoriyasının növbəti toplantısı keçirilib.  Toplantını giriş sözü ilə açan Mərkəzin tərcümə şəbəkəsinin rəhbəri Təmkin Məmmədli toplantılararası dövrdə Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Toplantı iştirakçıları qarşısında çıxış edən Mərkəzin baş direktoru Fuad Babayev 2014-cü ildə bu qurumun fəaliyyətinin 10 illiyinin tamam olacağını xatırladıb. F.Babayev bu əlamətdar hadisə ərəfəsində tərcümə laboratoriyasının təşkilatçılığı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin xarici dillərə tərcüməsi və təqdimatı məsələləri” mövzusunda konfrans keçirilməsini təklif edib.

...

Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı

Dekabr ayının 11-də Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev, RİH başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri beynəlxalq kitab sərgisində

Sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab-Sərgi  Yarmarkasının açılışı olub. 25-dən çox ölkədən 125 nəşriyyat evi nin öz məhsulunu təqdim etdiyi sərgidə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi də iştirak edir.

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tərcümə laboratoriyasında fransalı tədqiqatçı Antoine Constant ilə görüş keçirilib

Oktyabrın 24-də Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasında fransalı tədqiqatçı Antoine Constant ilə görüş keçirilib.

Mərkəzin baş direktoru Fuad Babayev qonağı salamlayıb və ona Mərkəz barəsində ətraflı məlumat verib.

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi gənc tərcüməçilərin yetişdirilməsində təqdirəlayiq işlər görür

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Tərcümə laboratoriyasında Beynəlxalq Tərcüməçilər gününə həsr edilən toplantı keçirilib. 

“Azadinform”un məlumatına görə, tədbirdə tərcümə sənətinin tarixindən danışan Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri namizədi Qılıncxan Bayramov bildirib ki, Sovet dönəmində Azərbaycanda tərcümə əsasən bədii ədəbiyyatı əhatə etsə də, müstəqillik dövründə siyasi, iqtisadi, diplomatik sahələrdə də tərcümə sənəti inkişaf edib. Professor Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin gənc tərcüməçilərin yetişdirilməsi istiqamətdə fəaliyyətini təqdirəlayiq hal kimi dəyərləndirib. 

...

"Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabı təqdim edilib

14 iyun 2012-ci il tarixdə "Hilton" otelinin "Firuzə" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabının çapdan çıxmasına həsr olunmuş təqdimat mərasimi oldu.

Mətbuat konfransını giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açdı. Kitab haqqında jurnalistlərə qısa məlumat verən Fuad Babayev, daha sonra sözü Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, kitabın elmi məsləhətçisi Elxan Süleymanova verdi.

...

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Heydər Əliyev irsi internetdə (aliyevheritage.org portalının materialları əsasında)” adlı tədbir keçirilmişdir

30 aprel 2012-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Heydər Əliyev irsi internetdə (aliyevheritage.org portalının materialları əsasında)” adlı tədbir keçirilmişdir.

Tədbirdən öncə, AMEA-nın rəyasət heyətinin və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbərliyi ümummilli liderin büstü önünə əklil qoymuşlar.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov açmışdır. A.Həşimov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 89-cu ildönümü ərəfəsində keçirilən tədbirin əhəmiyyətinə toxunaraq, onun məhz AMEA-da baş tutmasının rəmzi məna daşıdığını qeyd etdi. Natiq fikrini əsaslandıraraq, akademiyanın ölkəmiz müstəqillik əldə etdikdən sonrakə fəaliyyətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu söylədi. Akademek Mərkəzin çoxcəhətli fəaliyyətini yüksək dəyərləndirdi.

...

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub

11 noyabr 2011-ci il tarixdə Qafqaz Universitetinin akt zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub.

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzində tədbir keçirilmişdir

1 iyul 2011-ci ildə Heydər Əliyev İrsini Araşdırma Mərkəzində "Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü ilə tədbir keçirilmişdir...

...

Bolqarıstanın Azərbaycandakı sabiq səfiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağı olub

16 sentyabr 2010-cu il tarixdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı sabiq Fövqəladə və Səlahiyyətli səfiri (2004-2008-ci illər) İvan Palçev Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağı olub...

...

Almaniyalı Azərbaycanşünas alim Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin qonağıdır

Almaniyalı tanınmış tarixçi, Bonn Universitetinin professoru Yeva-Mariya Aux Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin dəvətilə Azərbaycanda səfərdədir. Yeva-Mariya Aux bütün dünyada Azərbaycanşünas alim kimi tanınır...

...

27 may 2010-cu il tarixdə M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 92, xalq şairi Rəsul Rzanın 100 illiyinə həsr olunan X Bakı Kitab Bayramı keçirilib
"İntellektual olmaq dəbdədir" şüarıyla baş tutan tədbir Yeni Yazarlar və Sənətçilər Qurumunun və Yazıçılar Birliyinin (YYSQ) təşkilatçılığı, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin, Milli Kitabxananın rəsmi dəstəyi ilə gerçəkləşib...
...

May ayının 5-də "Park İNN" otelinin "Füzuli" zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni layihəsi - wap.aliyevheritage.com portalının fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olmuşdur

Media və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin baş direktoru Fuad Babayev açdı. O, 2004-cü ilin may ayının 10-da- ümummilli liderimiz Heydər Əliyevin ad günündə fəaliyyətə başlayan Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin işi və www.aliyevheritage.org ünvanında yayımlanan portalı haqqında məlumat verdi. Mərkəzin bir sıra uğurlu layihələri barəsində slaydlar nümayiş etdirən F.Babayev, təqdim edilən wap portalın da oxucuların ürəyincə olacağını vurğuladı...

...

1 2