10 may 2023-cü il - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 100 il keçdi

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.‎ ‎1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq ‎Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş ‎və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə ‎sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər ‎yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-‎Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirmişdir.‎ Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. ‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin ‎rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində ‎SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti ‎sədrinin müavini olmuşdur.‎ Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎vermişdir.‎ Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ‎qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ‎ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində ‎bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı ‎törədilmiş cinayətin təşkilatçıları və icraçılarının ‎cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda ‎yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ ‎rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ‎ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının ‎sıralarını tərk etmişdir.‎ ‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, ‎həmin ildə də Azərbaycan Ali Sovetinə deputat ‎seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. ‎Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ‎Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında ‎partiyanın sədri seçilmişdir.‎ ‎1993-cü ilin may-iyununda hökumət böhranının son ‎dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin ‎baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi ‎yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin ‎hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. ‎Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi ‎rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər ‎Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin ‎sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə ‎Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini ‎həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev ‎Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci ‎il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində ‎keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ‎yenidən Azərbaycan Respublikasının Prezidenti ‎seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident ‎seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq ‎vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə ‎əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.‎ Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, ‎müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və ‎digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, ‎dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu ‎medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi ‎Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden ‎və medalları ilə təltif olunmuşdur.‎ Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎ O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri ‎olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna ‎görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb ‎etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin ‎heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti ‎istər ölkə, istərsə də dünya mətbuatında geniş ‎işıqlandırılmışdır.‎ Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq ‎təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır ‎günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda ‎mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və ‎həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar ‎etmişdir.‎ Xalqının belə dar bir gündə qaldığını görüb onun ‎təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda ‎yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər ‎Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, ‎həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil ‎Azərbaycanın tarixinə yazmışdır.‎

Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının ümummilli lideri‎

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da ‎Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, ‎‎1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən ‎sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ‎Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq ‎fakültəsində təhsil almışdır. Başlanan müharibə ona ‎təhsilini başa çatdırmağa imkan verməmişdir.‎ ‎1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili ‎İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq ‎Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş ‎və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə ‎göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları ‎sistemində çalışan Heydər Əliyev 1964-cü ildən ‎Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət ‎Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə ‎sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər ‎yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-‎Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə ‎Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini ‎bitirmişdir.‎ Azərbaycan Kommunist Partiyası Mərkəzi ‎Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev ‎Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ‎birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. ‎‎1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist ‎Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü ‎seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci ‎müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin ‎rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində ‎SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti ‎sədrinin müavini olmuşdur.‎ Heydər Əliyev 1987-ci ilin oktyabrmda Sovet İttifaqı ‎Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun ‎və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi ‎xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa ‎vermişdir.‎ Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ‎qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ‎ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində ‎bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı ‎törədilmiş cinayətin təşkilatçıları və icraçılarının ‎cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda ‎yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ ‎rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ‎ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının ‎sıralarını tərk etmişdir.‎ ‎1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər ‎Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, ‎həmin ildə də Azərbaycan Ali Sovetinə deputat ‎seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar ‎Respublikası Ali Məclisinin sədri, Azərbaycan ‎Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. ‎Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının ‎Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında ‎partiyanın sədri seçilmişdir.‎ ‎1993-cü ilin may-iyununda hökumət böhranının son ‎dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin ‎baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi ‎yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin ‎hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. ‎Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi ‎rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər ‎Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin ‎sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə ‎Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini ‎həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ‎ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev ‎Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci ‎il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində ‎keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, ‎yenidən Azərbaycan Respublikasının Prezidenti ‎seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident ‎seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq ‎vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə ‎əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.‎ Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, ‎müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və ‎digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, ‎dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu ‎medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi ‎Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden ‎və medalları ilə təltif olunmuşdur.‎ Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə ‎edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə ‎bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və ‎mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun ‎adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ‎ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin ‎mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur ‎duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü ‎doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır ‎və sərt sınaqlarından çıxarmışdır.‎ O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri ‎olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna ‎görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb ‎etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin ‎heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti ‎istər ölkə, istərsə də dünya mətbuatında geniş ‎işıqlandırılmışdır.‎ Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq ‎təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır ‎günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda ‎mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və ‎həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar ‎etmişdir.‎ Xalqının belə dar bir gündə qaldığını görüb onun ‎təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda ‎yenidən böyük siyasətə qayıtmışdı. Xalq Heydər ‎Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, ‎həmin günü isə Milli Qurtuluş günü kimi müstəqil ‎Azərbaycanın tarixinə yazmışdır.‎

Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev Bakıda ümumrespublika müşavirəsində - 24 avqust 1993-cü il

“...Azərbaycan dövlətçiliyi qorunacaqdır, Azərbaycan xalqının hüquqları qorunacaqdır. Biz, – mən öz adımdan deyirəm, həm Azərbaycan parlamentinin sədri, həm də prezidentin səlahiyyətini həyata keçirən adam kimi deyirəm ki, ətrafımda olan adamlarla birlikdə biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik. Bilin ki, qəti, ciddi addımlar atacağıq, Azərbaycanda – həm Bakıda, həm də bütün başqa bölgələrdə – şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə sabitlik yaratmağa çalışacağıq, cinayətkarlarla mübarizəni gücləndirəcəyik, Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa qadirik və çıxaracağıq. Buna əmin ola bilərsiniz...”

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevin Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşü - 21 sentyabr 1993-cü il

“...Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycanın elmi inkişaf etməlidir. Universitetlər, ali məktəblər də inkişaf etməlidir. Ancaq bunlarda qayda-qanun olmalıdır. Əgər biz xalqımızda mənəvi dəyərləri inkişaf etdirmək istəyiriksə, birinci növbədə ziyalılarımızın mənəviyyatı yüksək olmalıdır və onlar xalqın başqa təbəqələrinə nümunə göstərməlidirlər. Biz isə bu sahəyə hər cür kömək edəcəyik və mədəniyyətimiz, elmimiz, təhsilimiz, o cümlədən ali təhsilimiz, sosial sahənin bütün başqa istiqamətləri inkişaf edəcəkdir...” Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri Heydər Əliyevin Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından - 21 sentyabr 1993-cü il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi – Respublika sarayı, 10 oktyabr 1993-cü il

“...Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev qaçqın düşərgəsində - İmişli rayonu, 11 dekabr 1993-cü il

“...Məlumdur ki, indi respublikamız özünün ağır, demək olar, faciəli dövrünü yaşayır. Ölkə ağır sosial-iqtisadi böhran içərisindədir. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın bir qismi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın vəziyyətindədir. Belə bir dövrdə daha ciddi, sərt tədbirlər görmək lazımdır ki, respublika bu ağır vəziyyətdən çıxa bilsin. İndi əsas vəzifə respublikanın etibarlı müdafiə edilməsi və qaçqın düşmüş vətəndaşlarımızın yaşayışının lazımi səviyyədə təmin olunmasıdır. Bunlar bu günün vəzifələridir. Gələcəkdə isə respublikamızın işğal edilmiş torpaqları geri qaytarılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan dövləti bütün torpaqlarının, bütün sərvətlərinin sahibi olmalıdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Mitteranın görüşü – Yelisey sarayı, 20 dekabr 1993-cü il

“...Ümid etmək istərdim ki, Siz öz şəxsi nüfuzunuzdan, Fransanın nüfuzundan istifadə edib, Ermənistan hərbi birləşmələrinin Azərbaycana təcavüzünün qarşısının alınmasına, bölgəmizdə sülh yaradılmasına kömək göstərəcəksiniz. Biz konstruktiv mövqedə durur və Sizin tərəfinizdən əməli köməyə ümid bəsləyirik. Arxayın ola bilərsiniz ki, Fransa Azərbaycanın simasında uzun illər ərzində əməkdaşlıq üçün etibarlı tərəfdaş əldə edir. Biz sülh və təhlükəsizlik, insan hüquqlarına hörmət, demokratiya və siyasi plüralizm prinsiplərinə həmişə sadiq qalacağıq. Gənc müstəqil dövlətimizin quruculuğunda Fransanın zəngin dövlətçilik təcrübəsindən, demokratiyasından hökmən istifadə edəcəyik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda 1990-ci ilin faciəli Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşü – Prezident sarayı, 19 yanvar 1994-cü il

“...Sizin hamınızı əmin etmək istəyirəm ki, 20 Yanvar faciəsi, ondan əvvəl və ondan sonra Azərbaycan xalqının başına gəlmiş bəlaların heç biri xalqımızın iradəsini qıra bilməz. Azərbaycan xalqı özünün tarixi, qəhrəmanlıq ənənələrini uca tutaraq Vətənini, torpağını, Azərbaycan Respublikasının müstəqilliyini qorumağa qadirdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pekin İctimai Elmlər Akademiyasında – Pekin, 9 mart 1994-cü il

“...Xarici siyasət sahəsində Azərbaycan dünyanın bütün ölkələri ilə, lakin ilk növbədə qonşu dövlətlərlə və əməkdaşlığın konkret praktiki nəticələr verə biləcəyi ölkələrlə dostluq, bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı münasibətlər yaratmaq prinsiplərini həyata keçirir. Bununla əlaqədar Azərbaycan Çin Xalq Respublikası ilə mehriban münasibətlər və ticarət-iqtisadi, elmi-texniki, mədəni əlaqələr yaratmağa, daha doğrusu, bunları inkişaf etdirməyə böyük əhəmiyyət verir. Məhz bu məqsədlə biz dəvəti qəbul edərək Çinə gəlmişik. Bizim buraya gəlməyimiz, keçirdiyimiz görüşlər və aparlığımız danışıqlar bizi əmin edir ki, həm Çin, həm də Azərbaycan milli mənafeləri və təbii ki, dünya birliyini möhkəmləndirmək mənafelərini əsas tutaraq qarşılıqlı addım atır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cəbhə bölgəsində - Füzuli rayonu, 9 aprel 1994-cü il

“...Siz öz ata-analarınızın, yurdunuzun, torpağınızın namusunu, şərəfini qorumaq üçün müdafiədə durmusunuz. Güman edirəm ki, bizim bu ədalətli mübarizəmiz nəticə verəcək, gün o gün olacaq ki, Azərbaycan torpaqlarının hamısı azad olacaq, hər bir vətəndaşımız öz evinə, obasına qayıdacaqdır. İndi burada, sizin qarşınızda çıxış etdiyim bu yerdən bir kilometr o tərəfdə erməni silahlı qüvvələri dayanıblar. Sizə deyirəm, qoy erməni işğalçıları da eşitsinlər – biz sülh tərəfdarıyıq, müharibəyə son qoymaq istəyirik. Bütün vasitələrdən istifadə edib, danışıqlar apararaq atəşi kəsib müharibənin qurtarmasını istəyirik. Ancaq bunun bir şərti var: erməni işğalçı qüvvələri Azərbaycan torpaqlarını tərk etməli və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz danışıqları da bu şərt əsasında aparırıq...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Həcc ziyarətində - Məkkə şəhəri, 11 iyul 1994-cü il

“…Mənim üçün və nümayəndə heyətimizin üzvləri üçün ən qiymətli cəhət ondan ibarətdir ki, biz bu ölkəyə gəlişimizin ilk günü müqəddəs Kəbəni ziyarət etdik və müsəlmanlıq borcumuzu yerinə yetirmək, nəhayət, bizə qismət oldu. Müqəddəs Məkkə şəhərində olmaq, müqəddəs Kəbə daşına toxunmaq və Kəbədə namaz qılmaq bizim üçün böyük şərəfdir. Bu şərəfə nail olduğuma görə, bu niyyət və arzularıma çatdığıma görə Allah-təalaya minnətdarlığımı bildirirəm, taleyimə şükür edirəm və iki müqəddəs şəhərin xadiminə, əziz dostuma minnətdarlığımı bildirirəm. Biz bu ziyarətdən çox məmnunuq və bu ziyarət Səudiyyə Ərəbistanına səfərimizin ilk gününü tamamlamışdır....”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xəzər şelfində yataqların birgə işlənilməsi haqqında Bakıda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətlərinin konsorsiumu arasında müqavilə imzalanması mərasimində - “Gülüstan” sarayı, 20 sentyabr 1994-cü il

“...Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında - Nyu-York, 29 sentyabr 1994-cü il

“...Birləşmiş Millətlər Təşkilatı, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurası yeni dünya qaydasının qurulmasında, şübhəsiz ki, aparıcı rol oynayır. Lakin Təhlükəsizlik Şurası qarşısında hələ çətin sınaqlar durur: yeni şəraitdə öz səmərəli fəaliyyətini Dünya Birliyinə sübut etmək. Bu gün Təhlükəsizlik Şurası öz qətnamələrinin təminatlı şəkildə yerinə yetirilməsinə nail olmaqda həmişəkindən daha çox əzmkarlıq göstərməlidir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayı qarşısında Bakı zəhmətkeşlərinin mitinqində - 4 oktyabr 1994-cü il

“...Azərbaycanın bu ağır dövründə öz şəxsi mənafelərini güdərək şəxsi məqsədlərinə nail olmaq üçün, vəzifə, hakimiyyət uğrunda mübarizə apararaq respublikamıza zərər vuranlar xalqımıza, Azərbaycan dövlətinə xəyanət edirlər. Biz bu xəyanətkarların çirkin əməllərinin həyata keçməsinə heç vaxt yol verməyəcəyik. Sizin həmrəyliyiniz, Azərbaycan xalqının həmrəyliyi buna zəmin və təminatdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə - Budapeşt, 6 dekabr 1994-cü il

“...Biz Ermənistan tərəfinə ədalət və humanizmin əsasında, ATƏM-in prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazırıq, münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razıyıq. Biz milli azlıq təşkil edən ermənilərin hüquqlarının həyata keçməsi üçün Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırıq. Amma bizim üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır...”

Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısında – Kasablanka, 13 dekabr 1994-cü il

“...Bu gün dünyada mürəkkəb, ziddiyyətli proseslər getməkdədir: viranedici qlobal müharibənin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təməlinin qoyulması kimi müsbət meyllər regional münaqişələrin artması ilə, yırtıcı millətçiliklə və dövrün başqa bəlaları ilə qarşılaşır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadırlar və biz beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqi qüvvələrinin qələbəsinə layiqli yardım etməliyik, öz səylərimizi göstərməliyik. Bunun naminə biz müsəlman ölkələrinin inkişafına mane olan əngəlləri aradan qaldırmalı, bir-birimizə yardım əli uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun müəllif gecəsində - R.Mustafayev adını Azərbaycan Dövlət İncəsənət Muzeyi, 5 fevral 1995-ci il

“...Bir azərbaycanlı kimi mən öz xalqımın nailiyyətləri ilə, – harada oluramsa-olum, – fəxr etmişəm. Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm. Arif Məlikov Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin ən görkəmli xadimlərindən, sənətkarlarındandır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xəzərneftqaz-95” sərgi-konfransında – Bakı İdman-Sərrgi Kompleksi, 23 may 1995-ci il

“...Alimlərimiz, mütəxəssislərimiz Xəzərin Azərbaycan sektorunda daha böyük neft və qaz yataqları kəşf etmişlər. Biz həmin yataqların da istifadə olunması üçün dünyanın iri şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq. Bir daha qeyd edirəm ki, Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlığa hazırıq...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 28 saylı Səbail seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verərkən - 12 noyabr 1995-ci il

“...Mən bugünkü günü tarixi bir gün sayıram. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının bütün tarixi ərzində ilk dəfə olaraq öz məsələlərimizi müstəqil, suveren şəkildə həll etmək imkanına malikik və bu zəmin əsasında yeni konstitusiyanın, - müstəqil, suveren Azərbaycanın Konstitusiyasının layihəsini hazırlaya bilmişik. Mənim fikrimcə, bu layihə demokratik prinsipləri əks etdirən sənəddir. Biz demokratiya, dövlətçilik istiqamətində, müstəqil dövlət qurmaq sahəsində böyük yol keçmiş ölkələrin konstitusiya yaratmaq, konstitusiya inkişafı təcrübəsindən istifadə etməyə çalışmışıq. Biz bütün bu təcrübədən istifadə etməyə çalışmışıq. Bir çox ölkələrin, o cümlədən Qərb ölkələrinin, MDB-yə daxil olan ölkələrin konstitusiyalarını çox diqqətlə öyrənmişik. Təbii ki, həm bu təcrübəni, həm də tarixi, milli adət və ənənələri əsas tutaraq, milli və tarixi keçmişimizə dərin hörmətimizi ifadə edərək öz konstitusiyamızın layihəsini hazırlamışıq....”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ümumdünya Bankının təşkil etdiyi "Azərbaycan üçün investisiyalar" beynəlxalq konfransının açılış mərasimində - Paris, 5 dekabr 1995-ci il

“...Mən istəyirəm ki, siz bunu biləsiniz: biz açıq ölkəyik. Biz iqtisadi islahatlar aparılması yolu ilə gedirik. Biz azad sahibkarlıq üçün, respublikamızın hər bir vətəndaşının bütün öz imkanlarından istifadə etməsi, öz mülkiyyətinə malik olması və Azərbaycanın hüdudlarından kənarda olan firmalarla, şirkətlərlə, şəxslərlə öz iqtisadi əlaqələrini yaratmaq imkanı olması üçün hər cür şərait yaradırıq. Bütün bunlar bizi belə bir fikrə gətirir ki, biz güclü maliyyə yardımına malik olmalıyıq, biz xarici sərmayələrdən istifadə etməliyik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni il münasibətilə Bakı şəhərindəki uşaq evlərində və internat məktəblərdə tərbiyə alan uşaqlarla görüşü – Şəhriyar adına Mədəniyyət Mərkəzi, 31 dekabr 1995-ci il

“...Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm. Bizim nə qədər gözəl gələcəyimiz var, Azərbaycanın necə parlaq gələcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! Çünki Azərbaycanın gələcəyini təşkil edən sizin kimi istedadlı balalarımız var. Bu istedadlı balalar Azərbaycanın parlaq gələcəyini təmin edəcəklər...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinləri ilə görüşü – Prezident sarayı, 24 fevral 1996-cı il

“...Bilirsiniz, tək onunla kifayətlənmək olmaz ki, Xocalı soyqırımı haqqında bir kitab da yazıldı, bir film də çəkildi. O vaxtlar, təzə-təzə, hələ o yaralar soyumamış bu barədə məlumat çatdırıldı. Yox, daim etmək lazımdır. Daim! Hər il, hər gün! Beş il də bundan sonra, on il də bundan sonra! Bunu unutmaq olmaz! Bu, gərək dünya ictimaiyyətinə çatdırılsın və bildirilsin, hər yerdə bilinsin ki, erməni işğalçıları nə qədər qəddar, nə qədər vəhşidirlər və Azərbaycan xalqına qarşı dünya, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşilik, cinayətlər ediblər...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəhid uşaqları və kimsəsiz uşaqlar üçün təşkil olunmuş Novruz şənliyində - "Gülüstan" Sarayı, 20 mart 1996-cı il

“...Sizin çoxunuz atanızı, ananızı itirmisiniz, çoxlarınızın atası Vətənimizi, torpağımızı, müstəqil Azərbaycanı müdafiə edərkən şəhid olub, canını qurban verib, qəhrəmanlıq nümunələri göstərib, həyatı qəhrəman kimi tərk edibdir. Ancaq onlar sizin də, bizim də, bütün Azərbaycan xalqının qəlbində qəhrəman kimi yaşayırlar. Onlar həyatdan getməyiblər, bizimlədirlər, qəlbimizdədirlər. Onlar bu gün bu salondadırlar, sizin şən, xoşbəxt gününüzü görüb daha da sevinirlər. Ona görə də siz özünüzü heç də valideynsiz hesab etməyin. Sizin valideynləriniz var. Müstəqil Azərbaycan dövləti sizin valideyninizdir. Sizin valideyniniz Azərbaycan torpağıdır, Vətənimizdir, müstəqil Azərbaycan dövləti və onun prezidentidir. Siz buna arxayın ola bilərsiniz...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Avropa Birliyi arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması mərasimində - Lüksemburq, 22 aprel 1996-cı il

“...Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında bu gün imzalanan saziş gənc müstəqil Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi bir hadisədir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Stavanger şəhəri yaxınlığında neft platformasında – 26 aprel 1996-cı il

“...Bu gün mən Norveçin ən böyük nailiyyətlərindən biri olan, Stavanger şəhərindən 240 kilometr məsafədə dənizdə yerləşən neft yatağında oldum. Orada yaradılmış həqiqi möcüzə məni heyran etdi. Məni dənizdəki neftçıxarma platformaları ilə təəccübləndirmək mümkün deyil, çünki Azərbaycanda bu işləri uzun müddət görmüşük, bunların hamısının şahidiyəm. Dünyanın başqa ölkələrində, o cümlədən Amerika qitəsində - Meksika körfəzində və başqa yerlərdə dənizdə neft çıxarılan platformalarda da olmuşam. Ancaq dəniz neft yatağında sizin yaratdığınız platformalar və çox yüksək səviyyəli texnologiya, elektronikanın nailiyyətlərindən məharətlə istifadə etməyiniz məni çox heyran etdi....”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şuşa və Laçın rayonu sakinlərinin bir qrupu ilə görüşü – Prezident sarayı, 6 may 1996-cı il

“...Azərbaycanın müstəqilliyini, ərazisini qorumaq nöqteyi-nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, 1992-ci ilin may ayında, yəqin ki, ona qədər də ermənilər Azərbaycanın başqa ərazilərini zəbt etmək üçün birinci növbədə məhz Laçınla Şuşanı ələ keçirmək istəyirdilər. Bu, təbiidir. Coğrafiyanı bilən adamlar yəqin ki, bunu dərk edirlər. Çünki Ermənistan Dağlıq Qarabağı daim özünə bağlamaq istəyirdi. Ermənistan ilə Dağlıq Qarabağ arasında isə Laçın rayonu durar və əsas yol da Laçından keçir. Əgər Laçın rayonu varsa, demək, Ermənistan ilə Dağlıq Qarabağ arasında bilavasitə əlaqə yoxdur. Onlar isə bilavasitə əlaqə yaratmaq istəyirdilər və buna 1992-ci ildə nail oldular...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin dövlət başçılarının dördüncü zirvə toplantısında - Aşqabat, 14 may 1996-cı il

“…Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Məhz buna görə də təşkilatımızda fəal iştirak etmək təkcə iqtisadi maraqlarda deyil, həm də tarixi köklərin, ənənələrin, mədəniyyətin eyniliyi ilə bağlı olduğumuz qardaş ölkələrlə sıx əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətinin üstün istiqamətidir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində - 4 iyun 1996-cı il

“...Şahdəniz" yatağı Azərbaycanın geoloqları, alimləri, neftçiləri tərəfindən açılmış, kəşf edilmiş çox zəngin yataqlardan biridir. Bu yataq geoloqlarımıza, alimlərimizə hələ on illər bundan əvvəl məlum olmuş, 80-ci illərdə açılmışdır. Nəhayət, biz bu yataqdan əməli surətdə istifadə edilməsi üçün böyük bir addım atırıq...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə rabitə kollecinin yataqxanasında müvəqqəti məskunlaşmış qaçqınlarla görüşündə - 16 sentyabr 1996-cı il

“...Bilirəm ki, evləriniz, məktəbləriniz, xəstəxanalarınız, ümumiyyətlə hər şeyiniz dağılıbdır. Amma siz öz doğma torpaqlarınıza qayıtmaq və orada yaşamaq istəyirsiniz və biz də bunu istəyirik. Ona görə də sizinlə bizim fikrimiz birdir və mən bu fikirləri dostumuz Nursultan Nazarbayevə çatdırmışam. O da bu gün öz mövqeyini, fikirlərini dedi. Onun dediyi sözlər çox dəyərlidir. O dedi ki, heç bir xalq, heç bir ölkə öz torpağının bir qarışını da verməyə razı ola bilməz və bir daha bildirdi ki, bütün bu məsələlər hər bir ölkənin ərazi bütövlüyü çərçivəsində, sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həll edilməlidir. Bunlar hamısı dəyərli sözlərdir və biz də bu fikirdəyik. Bizim fikirlərimiz eynidir və bu fikirlər əsasında, bu yol ilə mən əminəm ki, biz işğal olunmuş torpaqların azad edilməsinə nail olacağıq, siz öz yerinizə-yurdunuza qayıdacaqsınız. Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunacaq, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi təmin olunacaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşündə - Moskva, 25 oktyabr 1996-cı il

“...Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının proqramlarının həyata keçirilməsi üçün Qafqazın necə böyük əhəmiyyətə malik olduğu məlumdur. Bununla yanaşı Qafqaz hərbi münaqişələrdən çox əzab-əziyyət çəkir, Qafqazın bütün ölkələri, bütün xalqları əzab-əziyyət çəkirlər. Ona görə də Qafqazda hərbi münaqişələrə son qoyulması Qara dəniz hövzəsində uğurlu iqtisadi əməkdaşlıq üçün ən mühüm şərtdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan şairi və dramaturqu, böyük ədib Hüseyn Cavidin məqbərəsinin təntənəli açılışı mərasimində - Naxçıvan, 29 oktyabr 1996-cı il

“...Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, “Mömünə Xatun” abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev TÜRKSOY Beynəlxalq Təşkilatının Bakıda keçirilən VIII toplantısında - Rəşid Behbudov adina Dövlət Mahnı Teatrı, 6 noyabr 1996-cı il

“Mədəniyyətimizi, elmimizi, təhsilimizi, insanların mənəviyyatını daha da yüksəklərə qaldırmaq üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri vəzifələrdən biridir. TÜRKSOY bu işi görür və indiyə qədər, qısa müddətdə - üç il ərzində toplanmış təcrübə sübut edir ki, bu təşkilat bundan sonra da çox səmərəli fəaliyyət göstərə bilər və ölkələrimiz, xalqlarımız üçün daha çox iş görə bilər. Bu da ondan ibarətdir ki, xalqlarımızın əlaqələrini bir-biri ilə daha da sıx bağlasın. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir.”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in zirvə görüşündə - Lissabon, 2 dekabr 1996-cı il

“...Biz əminik ki, müstəqil demokratik dövlətlərin Dünya Birliyinə Azərbaycanın siyasi və iqtisadi cəhətdən qovuşması yolu Azərbaycan xalqının həyati mənafeyinə uyğundur və bizim bu strateji xəttimizə ATƏT-in, başqa beynəlxalq təşkilatların və demokratik təsisatların bundan sonra da dəstək verəcəklərinə ümid edirik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirakla görüşü – Paris, Yelisey sarayı, 13 yanvar 1997-ci il

“...Fransanın ölkəmizlə əlaqələrə xüsusi diqqət yetirməsindən məmnun qaldığımı bildirirəm və əminəm ki, Fransa başqa dövlətlərlə yanaşı, Minsk qrupunun fəal üzvü kimi öz fəaliyyətini daha da genişləndirəcək və Ermənistan - Azərbaycan münaqişənin tezliklə nizama salınmasında öz nüfuzundan istifadə etmək üçün səylərini artıracaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Novruz şənliyində - Bakı şəhəri, Qoşa qala qapıları önü, 21 mart 1997-ci il

“…Bu bayram günlərində xalqımız Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının nə qədər qiymətli, hər bir şəxs üçün tarixi əhəmiyyətli bir hadisə olduğunu daha da dərindən dərk edir. Ona görə də bu bayram indi artıq Azərbaycanın dövlət müstəqilliyinin və milli azadlığının rəmzidir. Bu bayram ölkəmizin azadlığının, sərbəstliyinin rəmzidir. Bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin rəmzidir. Bu bayram ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan azadlığının rəmzidir. Bu bayram ölkəmizdə insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Bu bayram, yəni bu il keçirilən Novruz bayramı onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi artıq dönməz bir amil olubdur, bu müstəqillik gündən-günə möhkəmlənir, inkişaf edir…”

Azərbaycan Prezidenti Heydər Əliyevin "Nyu-York Tayms" qəzeti Redaksiya Heyətinin üzvləri ilə görüşü- Nyu-York, BMT-nin binası, 28 iyul 1997-ci il

«..Bazar münasibətləri yolunu seçmiş, demokratik inkişaf istiqamətini tutmuş, hüquqi demokratik dövlət quran gənc müstəqil Azərbaycan dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirir, bu əməkdaşlığın genişləndirilməsi sahəsində böyük işlər görür. Biz respublikamızın qapılarını bütün iş adamları üçün açmışıq və indi əksər ölkələrin şirkətləri ölkəmizdə fəaliyyət göstərirlər. Biz son illərdə Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün bir sıra ölkələrin nüfuzlu neft şirkətlərı ilə müqavilələr imzalamışıq və böyük təbii sərvətlərə malik olan, strateji cəhətdən çox əhəmiyyətli ərazidə yerləşən ölkəmizlə əlaqələr qurulmasına nail olmaq üçün uğurlu işlər görmüşük…»

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ABŞ Prezidenti Bill Klintonla görüşü – Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il

“...Azərbaycan-Amerikanı özünün yaxın dostu və tərəfdaşı sayır. Bunu qeyd etməyi vacib bilirəm və eyni zamanda bildirirəm ki, ölkəmizdə ictimai-siyasi vəziyyət sabitdir, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması üçün islahatlar aparılır, demokratiyanın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir ...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və ABŞ-ın vitse-prezidenti Albert Qorun iştirakı ilə neft müqavilələrinin imzalanması mərasimi – Vaşinqton, Ağ ev, 1 avqust 1997-ci il

“...Mən bu gün burada, Vaşinqtonda, Ağ evdə iftixar hissi ilə deyirəm ki, Azərbaycan neftçiləri əlli il bundan öncə Xəzər dənizində ilk neft yataqlarını açıb istismar etməyə başlayıblar. XX əsrin sonunda Azərbaycan Xəzər dənizinin böyük, zəngin neft yataqlarını bütün dünyaya təqdim edibdir. Çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu işlərdə Amerika Birləşmiş Ştatlarının böyük şirkətləri fəal iştirak edirlər. Biz dərk edirik ki, xarici investisiyanın Azərbaycana gəlməsi, iqtisadiyyatımızın dünya iqtisadiyyatı ilə bağlanması və xüsusən Amerika Birləşmiş Ştatları ilə güclü iqtisadi əlaqələr qurulması Azərbaycan xalqının gözəl gələcəyinə xidmət edir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıya qısa müddətli səfərə gəlmiş İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü - Zuğulba, Prezident iqamətgahı, 29 avqust 1997-ci il

«…Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasına lazımi kömək etməyə İsrail hökumətinin hazır olduğu barədə bəyanatınızı və Azərbaycan-İsrail əlaqələrinin daha da inkişaf etdirilməsi üçün irəli sürdüyünüz bir sıra əməli təklifləri məmnunluqla qəbul etdiyimi bildirərək deyirəm ki, ölkələrimiz arasında əlaqələrin daha da canlandırılması hər iki tərəf üçün çox faydalıdır…»

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Roma Papası II İoann Pavel ilə görüşü - Vatikan, "Palasio Kastel Qondolfo", 26 sentyabr 1997-ci il

“…Bildirirəm ki, yeni müstəqillik qazanmış, bazar münasibətləri yolunu seçmiş, hüquqi demokratik dövlət quran Azərbaycanın ilk demokratik konstitusiyası ilə vətəndaşlara geniş hüquqlar verilmiş, ölkəmizdə söz və vicdan azadlığı təmin olunmuşdur. Vurğulayıram ki, ölkəmizdə müxtəlif dini konfessiyalar sərbəst fəaliyyət göstərir, Azərbaycanda insan hüquqları möhkəm qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir, siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir. Bir daha nəzərə çarpdırıram ki, Azərbyacanda dövlət quruculuğu, islahatların həyata keçirilməsi sahəsində böyük nailiyyətlər əldə edilmiş, Dünya Birliyi ilə əlaqələrin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür. Ölkəmiz nə lazımdırsa edir ki, Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olsun...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Çıraq-1” platformasında işə başlanılması, neftin alınması münasibətilə keçirilən təntənəli mərasimdə - “Çıraq-1” platforması, 12 noyabr 1997-ci il

“...Biz böyük bir işin əsasını qoymuşuq. Heç şübhə yoxdur ki, Xəzər dənizində həm "Əsrin müqaviləsi" ətrafında toplaşmış şirkətlərin yaratdığı konsorsiumun fəaliyyətinin nəticəsində, həm də imzalanmış başqa müqavilələrin həyata keçirilməsi nəticəsində bir çox belə gözəl platformalar yaranacaq, Xəzərin neft və qaz ehtiyatları dünya iqtisadiyyatına böyük kömək edəcəkdir...”

Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşü - Tehran, 8 dekabr 1997-ci il

“...Nəzərə çarpdırıram ki, Azərbaycan Fələstinin dostudur. Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir...”

Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə - Tehran, 11 dekabr 1997-ci il

«…Müsəlman xalqları və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar yer kürəsinin simasını dəyişdirir, o biri tərəfdən bir çox xalqlar aclıqdan, yoxsulluqdan, cəhalətdən əzab çəkirlər. Ona görə biz tərəqqi ilə ayaqlaşmalıyıq, inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Son illər ərzində Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri xeyli inkişaf etdirmişdir. Həm İslam Konfransı Təşkilatı, həm də başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur. İslam aləminin qlobal miqyaslı məsələlərinin həllində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası əlindən gələni etməkdədir…»

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyənin "Nərgiz TV" televiziyasının 1997-ci il üçün "Dünyada ilin adamı" mükafatının təqdim edilməsi mərasimində - İstanbul, Lütfi Kırdar adına beynəlxalq konfrans və sərgi salonu, 13 fevral 1998-ci il

“...NTV kanalının sorğu zamanı məni 1997-ci ildə "Dünyada ilin adamı" elan etməsi mənim üçün böyük şərəfdir və bildirmək istəyirəm ki, gözlənilməz bir hadisədir. Mən heç bilmirdim ki, NTV kanalı belə bir sorğu keçirir və bu sorğunun içərisində mənim də adım var. Bu xəbər verilən zaman o, mənim üçün gözlənilməz, eyni zamanda xoşbəxt, səadətli bir hadisəyə çevrildi. Mən Türkiyə vətəndaşlarının, NTV kanalı seyrçilərinin mənə göstərdikləri bu hörmətə, sayqıya, diqqətə, qayğıya, bu etimada görə təşəkkür edirəm. Televiziyanı seyr edən, tamamilə sərbəst, azad, hürriyyət içində olan 59400 insan öz iradəsini ifadə edərək məni "Dünyada ilin adamı" etmişlər. Bu, mənim həyatımda gözlənilməz bir hadisədir. mən çoxillik həyatımda çox mükafatlar almışam, çox ödüllər görmüşəm, amma beləsini görməmişdim. Mənə "Dünyada ilin adamı" kimi səs vermiş Türkiyə Cümhuriyyətinin hər bir vətəndaşına öz hörmətimi, sevgimi, məhəbbətimi və təşəkkürümü bildirirəm. Hər bir vətəndaşa onun həyatında səadət, xoşbəxtlik, uğurlar arzulayıram. İnana bilərsiniz ki, mən bu hadisəni çox yüksək qiymətləndirirəm və bildirirəm ki, bu, mənim siyasi fəaliyyətim üçün böyük qayğı, dayaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyann İmperatoru əlahəzrət Akixito ilə təkbətək görüşü - İmperator sarayı, 25 fevral 1998-ci i

“...Bizim ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində xeyli işlər görülmüşdür. Müstəqil Azərbaycan Respublikası Yaponiya ilə münasibətlərin daim inkişaf etdirilməsinə və daha da möhkəmləndirilməsinə böyük maraq göstərir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə – Respublika sarayı, 28 may 1998-ci il

«…Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar…»

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində - Respublika sarayı, 26 iyun 1998-ci il

“...Ötən 80 il müddətində Azərbaycan xalqı ordu quruculuğu sahəsində mürəkkəb, ziddiyyətli və eyni zamanda şərəfli bir yol keçmişdir. Bu 80 ilin mərhələləri, hər mərhələnin də özünəməxsus əhəmiyyəti vardır. Bu bizim 80 illik tariximizdir. Bizim bugünkü ordumuz, Silahlı Qüvvələrimiz, müstəqil Azərbaycanın Silahlı Qüvvələri bu 80 illik yoldan keçərək bugünkü nizami ordu səviyyəsinə gəlib çatmışdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bibiheybət məscid-ziyarətgah kompleksinin açılış mərasimində - Bakı şəhəri, 12 iyul 1998-ci il

“…Bu məscid öz xüsusi mənası və məqsədi ilə bərabər, xalqımızın böyük, dəyərli və gözəl memarlıq abidəsidir. Beləliklə, bu məscid Azərbaycanın mədəniyyət, memarlıq tarixini zənginləşdirən bir abidədir. Bunun mənası həqiqətən çox yüksəkdir. O, həm ibadətgahdır, həm müqəddəs yerdir, həm ziyarətgah, həm də gözəl memarlıq abidəsidir. Ümid edirəm ki, gələcək nəsillər bizim bu tarixi, xeyirxah işimizi layiqincə qiymətləndirəcək, bu məscidi, ziyarətgahı əbədi yaşadacaq və bu müqəddəs yerin başına keçmişdə gəlmiş bəlalara bir daha yol verməyəcəklər…”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Toni Bleyr ilə görüşü - London, Baş nazirin iqamətgahı, 21 iyul 1998-ci il

“...Demokratik inkişaf və bazar münasibətləri yolunu seçmiş Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində son illər qazanılmış uğurların Böyük Britaniya hökuməti tərəfindən müsbət qiymətləndirilməsindən çox məmnun olduğumu bildirirəm. Nəzərə çatdırıram ki, 1995-ci ildə respublikamızda ilk demokratik konstitusiya qəbul olundu. Bütün siyasi partiyaların təmsil edildiyi parlament formalaşdırıldı. Respublikamızda aparılan iqtisadi islahatlar sahəsində də ciddi addımlar atılmışdır və qeyd edim ki, ölkəmiz öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasına böyük əhəmiyyət verir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta ilə görüşü - London, Bukingem sarayı, 21 iyul 1998-ci il

“...Birləşmiş Krallıq ilə Azərbaycan arasında hələ bu əsrin əvvəllərində sıx əlaqələr olmuşdur. Müstəqil respublikamız Böyük Britaniya kimi nüfuzlu bir dövlətlə müttəfiq olmaqdan, onun simasında özünə yaxın dost tapmaqdan çox məmnundur. Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əlaqələr qurulmuşdur. Biz əminik ki, ölkəmizin haqq işinin müdafiə olunmasında İngiltərə səylərini daha da artıracaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "İstiqlal" qazma qurğusunun işə salınması münasibətilə təntənəli mərasimdə - 2 sentyabr 1998-ci il

“...Biz bu gün "İstiqlal" üzən yarımdalma qazma qurğusunu, bu nəhəng qurğunu seyr etdik, onun idarə olunması ilə əlaqədar bir çox sahələrinə baxdıq, tanış olduq. Bizə geniş məlumatlar verildi. Mən Azərbaycanda belə qurğuların yaranmasının təşəbbüskarlarından olduğuma görə və bu qurğuları keçmişdə də yaxşı bildiyimə görə bu gün "İstiqlal" qurğusuna baxıb bunu görərkən böyük iftixar hissi keçirirəm. Çünki bu qurğu Xəzər dənizinin Azərbaycan sektorunda olan neft və qaz yataqlarının istifadə olunması üçün çox böyük işlər görəcək və bunun tərkibində böyük işlərin görülməsi üçün müasir tələblərə cavab verən texnika, texnologiya, cihazlar insanların səmərəli işləməsi üçün çox gözəl şərait yaratmışdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tarixi İpək Yolunun bərpası üzrə Bakıda keçirilmiş beynəlxalq konfransda – “Gülüstan” sarayı, 8-9 sentyabr 1998-ci il

“...Konfransın hazırlanması və onun uğurla başa çatması bizim birgə səylərimiz nəticəsində mümkün olmuşdur. Ancaq eyni zamanda Avropa komissiyasının gördüyü böyük işi konfransın bütün iştirakçıları adından vurğulamağı zəruri hesab edirəm. Beş il bundan önсə 1993-сü ilin may ayında Qafqaz və Mərkəzi Asiyanın səkkiz dövlətinin nümayəndələri Avropa Birliyi Komissiyasının təşəbbüsü ilə Brüsseldə görüşdülər və nəqliyyatın, Avropanı, Qafqazı və Asiyanı birləşdirən bütün kommunikasiya növlərinin inkişaf etdirilməsinə dair əməkdaşlığın başlanğıсını qoydular. O vaxtdan beş il keçmişdir. Bu gün biz şahidi oluruq ki, həmin zəmin çox dəyərli, etibarlı olmuş və böyük beynəlxalq təşkilata çevrilmişdir. Biz bu konfransda da gördük ki, konfrans iştirakçılarının hamısı gördüyümüz işin vaсibliyi, əhəmiyyəti və böyük gələcəyi haqqında necə maraqla danışdılar...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi – Respublika sarayı, 18 oktyabr 1998-ci il

“…Mən xalq tərəfindən yenidən seçilmiş prezident kimi bəyan edirəm ki, biz Azərbaycanda mövcud vəziyyəti tam obyektiv, düzgün, ədalətli qiymətləndiririk. Əldə olunan nailiyyətləri də görürük, ancaq eyni zamanda çatışmazlıqları, nöqsanları, qüsurları və buraxılan səhvləri də görürük. Buna görə mən, Azərbaycan prezidenti kimi, qarşıdakı fəaliyyətimdə müsbət meyllərin inkişaf etdirilməsinə nail olmağa və mövcud nöqsanların aradan qaldırılmasına çalışacağam. Güman edirəm ki, biz bunlara nail olacağıq. Azərbaycan ötən beş ildə sübut etdi və dünyaya nümayiş etdirdi ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, Azərbaycan demokratiya yolu ilə gedir. Bu gün mən bir daha bəyan edirəm ki, bu, bizim strateji yolumuzdur və biz bu yolla ardıcıl olaraq gedəcəyik və bu yoldan heç vaxt dönməyəcəyik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tanınmış siyasi xadim, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşü – Prezident sarayı, 8 yanvar 1999-cu il

“...Sizi təkcə Azərbaycanda yox, bütün dünyada, hər yerdə yaxşı tanıyırlar. Çünki siz 70-ci illərin əvvəllərindən Amerika Birləşmiş Ştatlarının dövlətində böyük vəzifə tutaraq, eyni zamanda dünya siyasətində çox görkəmli yer tutmusunuz. Sevindirici haldır ki, o vaxtdan indiyə qədər siyasət səhnəsindən düşməmisiniz. O illər mənim xatirimdədir. Xüsusən Sovet İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasında tərk-silahla əlaqədar danışıqlar gedən zaman Kissincerin adı, demək olar ki, hər gün Sovetlər İttifaqının televiziyasında, radiosunda, qəzetlərində çəkilirdi. Amma təkcə ona görə tanınmırdınız ki, sizin adınız hər gün qəzetlərdə, yaxud radioda, televiziyada çəkilirdi. Ona görə ki, siz çox böyük siyasi proseslərin iştirakçısı və bəzi işlərin də təşəbbüskarı idiniz. Siz həm siyasətdə çox işlər görmüsünüz, həm də çox böyük əsərlər yazmısınız. Yazdığınız əsərlər, xüsusən siyasətə aid əsərlər sizin fəaliyyətinizi dünyada daha da çox tanıdıb və təbliğ edibdir...”

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev Xocalının düşməndən müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə "Qızıl Ulduz" medalları, "Azərbaycan Bayrağı" ordenlərinin təqdim edilmə mərasimində - 26 fevral 1999-cu il

“...Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər həlak olmuşlar, şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən açılan atəşlərin nəticəsində Xocalı ərazisi qana bulaşmışdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakı-Supsa neft kəmərinin açılışına həsr olunmuş təntənəli mərasimdə - Supsa, 17 aprel 1999-cu il

“...Əsrimizin əvvəllərində Bakı-Batumi neft kəməri - Avropada ilk neft kəməri çəkilmişdir. İndi, XX-XXI əsrlərin ayrıcında biz Bakı-Supsa neft kəməri çəkmişik və o, Azərbaycan neftinin dünya bazarlarına ixracını həyata keçirəcəkdir. Bu, Gürcüstanın, Azərbaycanın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə daxil olan neft şirkətlərinin birgə səyləri sayəsində mümkün olmuşdur. Bu, 1995-1996-1997-ci illərdə başlanmış səylərimizin məntiqi nəticəsidir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun 50 illik yubileyinə həsr olunmuş zirvə görüşündə - Vaşinqton, 26 aprel 1999-cu il

“...Biz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO ilə əməkdaşlığa böyük əhəmiyyət veririk və Azərbaycanın Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsinə öz tərəfimizdən hər cür kömək göstərəcəyik. Biz Vaşinqton sammitində irəli sürülmüş NATO-nun yeni strateji konsepsiyasını alqışlayırıq...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Beynəlxalq Atatürk Sülh Mükafatının təqdim edilmə mərasimi – Ankara, 1 noyabr 1999-cu il

“...Mən bir çox digər ölkələrin də mükafatlarını, nişanlarını almışam. Ancaq Türkiyə Cümhuriyyətinin mükafatını, Türkiyə Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan mükafatı almaq və xüsusən sülh adını daşıyan mükafatı almaq mənim üçün böyük şərəfdir. Hesab edirəm ki, bu mükafat mənim indiyə qədər aldığım mükafatların hamısından yüksək, qiymətlidir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in zirvə görüşündə - İstanbul, 18 noyabr 1999-cu il

“…ATƏT-in üzvü olan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və ümumiyyətlə təhlükəsizliyi üçün yaranmış qorxu amansız reallığa çevrilmişdir, milyonlarla insana fəlakət və iztirab gətirmişdir. Mən bir daha beynəlxalq birliyin diqqətini Azərbaycanın düşdüyü dözülməz vəziyyətə cəlb edirəm. Altı ildən çoxdur ki, suveren Azərbaycanın ərazisinin beşdə bir hissəsi erməni silahlı qüvvələrinin işğalı altındadır. Həyata keçirilmiş etnik təmizləmələr nəticəsində bir milyon azərbaycanlı öz doğma yurd-yuvalarından qovulmuşdur. Təəssüf ki, sonuncu zirvə görüşümüzdən sonra sülh prosesi arzu etdiyimiz nəticəni verməmişdir, Minsk qrupunun həmsədrləri Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplərin həyata keçirilməsi üçün lazımi fəallıq və ardıcıllıq göstərməmişlər. Minsk prosesi passivləşmişdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair sənədlərin imzalanması mərasimində - İstanbul, “Çırağan sarayı”, 18 noyabr 1999-cu il

“...Mən bu gün böyük iftixar hissi keçirirəm. Ona görə ki, beş il bundan öncə, 1994-cü ilin sentyabr ayında Bakıda imzalanmış "Əsrin müqaviləsi" adlı böyük neft müqaviləsinə, Xəzər dənizinin neft və qaz ehtiyatlarından müştərək istifadə etmək üçün yaranmış konsorsiumun tərkibinə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Avropa ölkələri, Türkiyə və Rusiya daxildirlər və bu müqavilənin imzalanmasından beş il keçəndən sonra həmin müqavilə imzalanarkən nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həyata keçirilməsi üçün artıq bu gün bu sənədlər imzalandı...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Fedarativ Respublikasının kansleri Gerhard Şröderlə görüşü – İstanbul, “Çırağan sarayı”, 19 noyabr 1999-cu il

“...Almaniya ilə bütün sahələrdə əlaqələrin genişləndirilməsinə Azərbaycan həmişə xüsusi diqqət yetirir. Mən 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edirəm. Xatırladım ki, İkinci dünya müharibəsi qurtardıqdan sonra bir zabitin həmin əsərləri Bakıda satmağa cəhd göstərərkən respublikamızın müvafiq orqanları tərəfindən yaxalanmışdı...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi musiqiçi Mstislav Rostropoviç ilə görüşü – Prezident sarayı, 22 noyabr 1999-cu il

“...Siz bizim həmyerlimizsiniz, Sizi Azərbaycanla çox şey bağlayır. Amma Sizinlə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə böyük fasilə olmuşdu. Buna görə də çoxları bütün bu işi müəyyən dərəcədə unutmağa başlamışdı. Lakin burada Sizin yubileyinizi qeyd etmək üçün mənim dəvətimlə buraya gəldiyiniz vaxtdan bəri öz vətəninizlə, doğma torpağınızla münasibətlərinizdə yeni mərhələ başlandı. Şadam ki, bu mərhələ çox gözəl nəticələr verir və nəzərdə tutulmuş nə varsa, hamısı həyata keçir, yerinə yetirilir. Bu, olduqca xoşdur...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşündə - Bakı, “Gülüstan” sarayı, 8 aprel 2000-ci il

“…Bu gün toplaşdığımız VI Bakı zirvə görüşü bir daha təsdiq edir ki, xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə müştərək mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli-mənəvi dəyərlərimizin bərpası yolunda gözəl nəticələr vermiş, gələcək üçün geniş perspektivlər açmışdır. Bu baxımdan, mühüm addımlardan biri kimi xalqlarımızın milli-mədəni irsinin öyrənilməsi və əlaqələndirilməsi məqsədi ilə TÜRKSOY təşkilatının yaradılmasını çox uğurlu hadisə hesab edirəm. Bizim zirvə görüşlərimiz daha bir nəcib ənənənin təməlini qoymuşdur. Bu, dahi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin korifeylərinin, bəşər mədəniyyətinin inciləri sayılan milli eposlarımızın əlamətdar ildönümlərini, xalqlarımızın həyatındakı mühüm və tarixi hadisələri birlikdə bayram etməyimizdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və görkəmli alim, professor İhsan Doğramacının Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletinə baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşü - Azərbaycan Akademik Milli Opera və Balet Teatrı, 26 aprel 2000-ci il

“...Teatrımız, incəsənətimiz yaşamalıdır və göstərməlidir ki, Azərbaycan xalqı kökündən mədəniyyətə mənsub olan xalqdır. Azərbaycan xalqı dünya mədəniyyətindən, ümumbəşəri dəyərlərdən həmişə istifadə edib və istifadə edəcəkdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yeni Azərbaycan Partiyasının üzvlük biletini İlham Əliyevə təqdim edərkən – 6 may 2000-ci il

“...İlham Əliyev gənc, artıq siyasətlə, dövlət işi ilə məşğul olan Azərbaycan vətəndaşıdır. Onun çox böyük təhsili və böyük biliyi var. Eyni zamanda son beş-altı il içərisində də burada, Azərbaycanda çalışıbdır. Əvvəl də iş təcrübəsi vardı, Beynəlxalq Münasibətlər İnstitutunda müəllimlik edibdir, bu, asan iş deyil, tələbələrə dərs veribdir. Diplomatlar hazırlayan institutda onun cəmi 23 yaşı var idi, elmlər namizədi dissertasiyası müdafiə etdi. Bundan sonrakı dövrdə, mənə görə institutdan çıxarılanda gedib üç il bizneslə məşğul olub, o təcrübəni də toplayıbdır, iqtisadiyyatı da bilir. Son illərdə Dövlət Neft Şirkətində birinci vitse-prezident vəzifəsini apararaq Azərbaycanın neft siyasətinin, Azərbaycan dövlətinin yeni bir siyasətinin həyata keçirilməsinin fəal iştirakçısıdır, yəni onun həlledici fiqurlarından biridir. Xarici iqtisadi əlaqələrə rəhbərlik edir və beləliklə, Azərbaycan neftinin dünya nefti ilə birləşməsi və inteqrasiyası prosesləri sahəsində – müqavilələrin hazırlanması və həyata keçirilməsi sahəsində böyük təcrübə toplamış adamdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yenikənd Su-Elektrik Stansiyasının açılış mərasimində - 23 may 2000-ci il

“...Mən indi sizin qarşınızda böyük iftixar, sevinc hissi ilə durmuşam. Mən 1970-ci illərdə səpdiyim toxumların bəhrəsini görürəm. Amma bu bəhrəni görmək üçün mən kənarda durub gözləməmişəm ki, görüm bu toxum nə vaxt cücərəcəkdir, nə vaxt qalxacaqdır, nə vaxt ağac, yaxud bitki olacaqdır. Onu sulamışam, bəsləmişəm, bütün işləri görmüşəm, burada bax, bu cür nəhəng su elektrik stansiyasının tikilməsinə nail olmuşam. Bu, kimin üçündür? Bizim millətimiz üçündür, Azərbaycan xalqı, dövləti, müstəqil Azərbaycan üçündür. Biz məhz bu addımlarımızla, işlərimizlə Azərbaycanın müstəqilliyini günü-gündən möhkəmləndiririk, inkişaf etdiririk və onu dönməz edirik...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhər sakinləri ilə görüşü- Gəncə, 24 may 2000-ci il

“...Hər dəfə Gəncəyə gəlişim, ziyarətim məni sevindirib, məndə ruh yüksəkliyi əmələ gətirib və Gəncədə mən həmişə xoş əhval-ruhiyyə, çox böyük qonaqpərvərlik görmüşəm. Mən birinci dəfə deyil ki, Gəncəyə gəlmişəm. 50-ci illərdə də, 60-cı illərdə də və xüsusən 1969-cu ildən sonra Azərbaycana rəhbərlik etdiyim zamanlarda da Gəncəyə gəlmişəm. Gənc vaxtlarımda da Gəncədə olmuşam. Gəncə sizin üçün sevimli bir şəhər olduğu kimi, mənim üçün də sevimli bir şəhərdir. Çünki Gəncə böyük mədəniyyət mərkəzidir və Azərbaycan mədəniyyətinin qədim tarixini dünyaya nümayiş etdirən bir şəhərdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının Bakıda keçirilən 44-cü sessiyasının iştirakçılarını qəbul edərkən - Prezident sarayı, 5 dekabr 2000-ci il

“...Gömrük Təşkilatı hər bir ölkə üçün çox mühüm və vacib bir orqandır. Eyni zamanda ölkələr arasında iqtisadi əlaqələrin, ticarət əlaqələrinin daha da yaxşı təşkil olunması üçün gömrük təşkilatlarının bir-biri ilə əlaqələri sıx olmalıdır, təcrübə mübadiləsi aparılmalıdır, məsləhətləşmələr olmalıdır. Ona görə də hesab edirəm ki, Ümumdünya Gömrük Təşkilatı çox əhəmiyyətli iş görür. Güman edirəm, Siyasi Komissiyanın Azərbaycanda, Bakıda keçirilən 44-cü sessiyası gömrük təşkilatlarının qarşısında duran böyük vəzifələrin yerinə yetirilməsinə və Ümumdünya Gömrük Təşkilatının funksiyalarının həyata keçirilməsinə öz töhfəsini verəcəkdir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Uşaqların Beynəlxalq Televiziya və Radio Günü münasibətilə «Uşaqlar yenilik arzulayır və tələb edir» devizi ilə keçirilən şənlikdə – Teleteatr, 10 dekabr 2000-ci il

“...Çox məmnunam ki, 1994-cü ildə, hələ Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk zamanda mən Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın dövlət kimi YUNİSEF təşkilatına üzv olması və onun şərtlərinin qəbul edilməsinə təminat verilməsi barədə sənədlər imzaladım. Bu haqda mən, təbiidir, düşünürdüm ki, bunlar bizim Azərbaycanımız, müstəqil dövlətimiz, onun uşaqları üçün nə qədər vacibdir, nə qədər əzizdir və Azərbaycan uşaqlarının böyüyüb boya-başa çatması, inkişaf etməsi üçün nə qədər böyük imkanlar açacaqdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar təntənəli mərasimdə - Strasburq, 25 yanvar 2001-ci il

“...Biz ölkəmizin Avropa Şurasına qəbulunu yalnız indiyə qədər gördüyümüz işlərə, həyata keçirdiyimiz islahatlara verilən qiymət kimi deyil, həm də ölkəmizə və xalqımıza doğru uzadılan dost əli kimi qiymətləndiririk və ona görə də bir sıra problemlərin vahid Avropa ailəsi daxilində həllini tapacağına inanırıq...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransada təhsil alan soydaşlarımızla görüşü – Paris, 3 mart 2001-ci il

“...Bizim gənclərə, gənc kadrlara ehtiyacımız vardır. Mən həmişə deyirəm, gənclərin toplantısında da demişdim, bilirsiniz, indi gənclər irəli getməlidirlər. Çünki biz yeni dövlət qururuq, yeni quruluşdayıq, yeni iqtisadiyyat qururuq. İndiyə qədər zəhmət çəkmiş, xidmət göstərmiş adamlar, təbiidir ki, bu gün də qiymətlidirlər. Amma nəsillər nəsilləri əvəz etməlidir. Gərək gənclər indi sürətlə inkişaf etsinlər ki, Azərbaycanda özlərinə məxsus yer tutsunlar və hansı ölkədə olursa-olsun, Azərbaycanı yaxşı təmsil etsinlər...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Prezidenti Corc Buşla görüşü – Vaşinqton, Ağ ev, 9 aprel 2001-ci il

“...Biz ilk öncə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığımızı bu ruhda da davam etdirəcəyik. Biz Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə məsələlərini də müzakirə etdik. Əlbəttə, keçmiş Sovetlər İttifaqına daxil olan indiki müstəqil dövlətlərə Amerika Birləşmiş ştatlarının göstərdiyi yardımın Azərbaycana da göstərilməsinə mane olan ədalətsiz 907-ci maddəyə, Konqresin qərarına da toxunduq. Lakin başlıca məsələ, şübhəsiz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsidir və biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Amerika Birləşmiş Ştatları bu məsələnin dincliklə nizama salınması üçün məsuliyyət daşıyır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə görüşü – Prezident sarayı, 28 may 2001-ci il

“...Azərbaycanda rus əhali və ümumiyyətlə, pravoslavlığa etiqad etmiş olanların və etiqad edənlərin hamısı hüquq bərabərliyi şəraitində yaşamışlar. Bu, keçmiş vaxtlarda da olmuşdur, bu, Sovet İttifaqı illərində - dinin yasaq edildiyi, lakin bununla belə, mövcud olduğu illərdə də olmuşdur. Əks halda, sizin gördüyünüz bu məbədlər, sadəcə, olmazdı, axı, onlar heç də indi tikilməyibdir. Bu sözləri məscidlər haqqında da demək olar. Yasaq vardı, din elədir ki, o, bütün əsrlərdə həm sıxıntılara, həm də təqiblərə məruz qalmışdır. Bunu istənilən dinin tarixinə aid etmək olar. Lakin bununla belə, din həmişə həyata yol açmış, mövcud olmuşdur və indiyədək mövcuddur...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan Ali Hərbi Məktəbinin birinci buraxılışına həsr olunmuş mərasimdə - 26 avqust 2001-ci il

“...Azərbaycanda müstəqil Azərbaycan dövlətinin Hərbi məktəbinin yaranması çətin bir proses idi. Doğrudur, bizim keçmişdə sovet ordusunda xidmət edən müəyyən zabitlərimiz var idi. Bizim 70-ci illərin əvvəllərində yaratdığımız Naxçıvanski adına Hərbi Litseyimiz var idi. Bunlar hamısı hərbi kadrların hazırlanmasında müəyyən qədər əsas yaratmışdır. Ancaq milli Silahlı Qüvvələrin, Milli Ordunun, gərək milli Ali Hərbi Məktəbi də olaydı. Biz bu işə başladıq, bu işi təşkil etdik. İndi onun gözəl bəhrələrinin şahidiyik...”

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni dərs ilinin başlanması münasibətilə 6 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə - Bakı, 1 sentyabr 2001-ci il

“…Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri, - az hissəsini nəzərə almasaq, - demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim büdcədə ən çox payı olan təhsil sistemidir. Bu da təsadüfi deyildir. Başqa sahədə ola bilər. kəsirlər də olsun amma təhsildə yox. Çünki təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətalar yaradacaqdır...”

Azərbycan Respublikasının Prezidenti Heydər Əliyevin GUÖAM ölkələri qadınlarının Bakıda keçirilən birinci əməkdaşlıq forumunun iştirakçılarını qəbul edərkən – 20 sentyabr 2001

“...Bilirsinizmi, biz fəxr edə bilərik ki, xalqımız qısa müddətdə böyük sivilizasiya yolu keçmişdir, qadın azaddır, qadın ictimai-siyasi həyatda, dövlət işlərində yaxından iştirak edir, elmi-tədqiqatla məşğul olur, qadın səhiyyə, mədəniyyət sahələrində çalışır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dünya Azərbaycanlılarının I qurultayında - Respublika sarayı, 10 noyabr 2001-ci il

«…İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir…»

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakının Maştağa qəsəbəsində Olimpiya İdman Mərkəzinin təntənəli açılışı mərasimində - 29 dekabr 2001-ci il

«…İdman, bədən tərbiyəsi müstəqil Azərbaycanın həyatında dövlət qayğısı ilə əhatə olunaraq, eyni zamanda, həm gənclər üçün, həm də bütün cəmiyyətimiz üçün zəruri bir sahəyə çevrilibdir. Güman edirəm ki, bu dönüş, yəni bu hadisə gələcək üçün çox gözəl əsasdır və bizim millətimizin, xalqımızın fiziki sağlamlığı üçün, təkcə fiziki sağlamlığı deyil, zehni sağlamlığı üçün, sağlam gənc nəsil yetirməsi üçün çox gözəl əsasdır və biz hamımız bu sahəni bundan sonra daha da inkişaf etdirməliyik. Əmin ola bilərsiniz ki, Azərbaycanın dövləti, bütün hakimiyyət orqanları idmana, bədən tərbiyəsinə bundan sonra da yüksək qayğı göstərəcəklər. Mən inanıram ki, Azərbaycan Milli Olimpiya Komitəsi indiyə qədər əldə etdiyi nailiyyətlərdən ruhlanaraq, bundan sonra da daha fədakarcasına çalışacaqdır…»

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Putinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə - 25 yanvar 2002-ci il

“...Bizim bugünkü görüşümüz Rusiya-Azərbaycan münasibətləri tarixində çox mühüm yer tutacaqdır. Lakin bunun bünövrəsi ötən il, Rusiya prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin Azərbaycana rəsmi səfəri zamanı qoyulmuşdur. Açığını deyəcəyəm, bu səfərin bizim üçün tarixi əhəmiyyəti var. Zənnimcə, o, Rusiya üçün də çox böyük əhəmiyyətə malikdir, Rusiya-Azərbaycan münasibətləri üçün də müstəsna əhəmiyyətə malikdir. Əslinə qalsa, bu səfər Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yeni mərhələsinin, əməkdaşlığın yeni mərhələsinin əsasını qoymuşdur. Ötən dövr ərzində biz münasibətlərimizi intensivləşdirə bilmişik və bu münasibətlər bugünkü görüşə və indicə qol çəkdiyimiz mühüm sənədlərin imzalanmasına gətirib çıxarmışdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərreyl" voleybol klubunun üzvləri ilə görüşü – Prezident sarayı, 14 mart 2002-ci il

“… Mən yaxşı bilirəm, sizin son, final oyununuzu Azərbaycanın hər yerində, hər bir evdə insanlar televiziya ilə seyr ediblər. Orada, sarayda olan insanları da siz görmüsünüz, biz də televiziya ilə görmüşük. Bunlar hamısı Azərbaycanda idmanın sürətlə inkişaf etməsini göstərir. Bu, son illərdə əldə etdiyimiz bütün başqa nailiyyətlərlə yanaşı, çox böyük əhəmiyyət kəsb edən nailiyyətdir. Çünki idman birinci növbədə, gənc nəslin fiziki və zehni cəhətdən sağlam böyüməsində, tərbiyə olunmasında, inkişaf etməsində xüsusi yer tutur, xüsusi rol oynayır. İdman millətimizin səhhətində, sağlamlığında xüsusi yer tutur. Bununla bərabər, idman mədəniyyətdir. İdman hər bir xalqın mədəniyyətinin hansı səviyyədə olduğunu göstərir. Bizim idmanımızın səviyyəsi qalxdıqca, onunla bərabər Azərbaycan xalqının, Azərbaycanın mədəniyyəti də yüksəlir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Ruh" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatının təqdim olunma mərasimində - "Həyat Recensi-Naxçıvan mehmanxanası", 22 mart 2002-ci il

“…Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm. Mən bir dəfə söylədim ki, keçmişdə, Sovet hakimiyyəti dövründə, Sovet İttifaqı Kommunist Partiyasının liderləri içərisində başqalarına nisbətən mətbuatla ən yaxın olan adam mən olmuşam. Ən dost olan adam mən olmuşam. Bu, mənim xarakterimdədir, xasiyyətimdədir. Mən həmişə mətbuatla maraqlanmışam, qəzet-jurnalları oxumuşam, radio-televiziyada verilən məlumatlara həmişə diqqətlə yanaşmışam. Ona görə də jurnalistika sənəti mənə çox yaxın olubdur...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşündə – Aşqabad, 24 aprel 2002-ci il

“...Hüquqi statusun olmaması sahilyanı dövlətlərin Xəzər barəsində öz suveren hüquqlarının həyata keçirilməsini davam etdirməsinə mane olmamalıdır və artıq təşəkkül tapmış müvafiq sektorlarda Xəzər dənizinin təbii ehtiyatlarının işlənilməsi və istifadəsi sahəsində işləri dayandırmaq üçün əsas ola bilməz. Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir. Sahilyanı dövlətlər arasında münasibətlərdə güc işlətməklə təzyiq göstərməyin və hədə-qorxunun hər hansı forma və metodlarından istifadə edilməsi yolverilməzdir...”

Azərbaycan Prezidenti Heydər Əliyev Naxçıvanda Olimpiya İdman Kompleksinin açılış mərasimində - 15 iyun 2002-ci il

“...Burada, Naxçıvanda Olimpiya İdman Kompleksinin inşa edilməsi və bu gün istifadəyə verilməsi adi bir hadisə deyildir. Mən o illər Naxçıvanda yaşayarkən heç düşünə bilməzdim ki, gün gələcək, işlərimiz yaxşılaşacaq, yaşayış düzələcək, əmin-amanlıq olacaq, iqtisadiyyatımız inkişaf edəcəkdir. Mən o vaxt heç bilmirdim ki, belə bir Olimpiya Komitəsi var və o fəaliyyətə başlayacaq, bu cür komplekslər tikib Azərbaycan gənclərinin istifadəsinə verəcəklər. Bu, çox əlamətdar bir hadisədir. Bu hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Hesab edirəm ki, siz bu olimpiya kompleksinin Naxçıvan üçün nə qədər faydalı olduğunu bir neçə aydan, bir neçə müddətdən sonra daha yaxşı qiymətləndirə biləcəksiniz. Bu, sizin üçün, Naxçıvan üçün böyük hədiyyədir. Bu hədiyyəni də sizə edən Azərbaycanın Milli Olimpiya Komitəsidir. Bunda hökumətin, dövlətin heç bir işi yoxdur. Bizim bu işə qatışacağımız yoxdur, bir manat da xərcimiz çıxmayıbdır. Yəni dövlətin - mən dövləti təmsil edirəm. Bu, ancaq Azərbaycan Milli Olimpiya Komitəsinin və onun prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaranıbdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Üç dənizin əfsanəsi" konfransının açılış mərasimində– İstanbul, 25 iyun 2002-ci il

“...Üç dənizin əfsanəsi həqiqətən böyük bir əfsanədir. Biz bu əfsanənin yaradılmasının iştirakçılarıyıq və bu əfsanəni reallığa çevirmişik. Artıq bu, əfsanə deyil, reallıqdır. Reallıq odur ki, Xəzər dənizindən neft və qaz hasil olur. Reallıq odur ki, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri işləyir. Reallıq odur ki, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası başlayıbdır. Bunlar gerçəklikdir. Bunlar reallıqdır. Mən indi istəyirəm hörmətli dostlarıma təklif edəm ki, onlar yeni bir əfsanə üzərində düşünsünlər. Çünki artıq bunlar əfsanə deyil, bugünün reallıqlarıdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə - Yalta, 20 iyul 2002-ci il

“...Müstəqilliyin təşəkkül tapması uğrunda on illik keşməkeşli mübarizədən keçən dövlətlərimiz dünya sisteminə inteqrasiya edilmiş cəmiyyətlər - qanunun aliliyi, siyasi plüralizm və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan demokratik cəmiyyətlər qurulması yolu ilə dönmədən irəliləyirlər. Bu baxımdan biz GUÖAM çərçivəsində əməkdaşlığı dövlətlərimizin suverenliyi və müstəqilliyinin möhkəmlənməsinə, onların sabit inkişafının təmin olunmasına və xalqlarımızın rifahının yüksəlməsinə, dünya sisteminə inteqrasiyaya kömək etməli olan mühüm amil kimi qiymətləndiririk...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vayxır su anbarı ilə tanışlığı – Naxçıvan, 12 avqust 2002-ci il

“...Zaman keçdikcə biz gördüyümüz işlərin çoxunu unuduruq. Bəzən yeni nəsillər də düşünürlər ki, elə-belə də varmış, belə imiş. Amma həqiqət də ondan ibarətdir ki, Azərbaycanda və o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında son 30 ildə çox işlər görülmüş, yaxşı nəticələr əldə olunmuş, Azərbaycan bütün sahələrdə inkişaf etmiş, Azərbaycanın iqtisadiyyatı, ölkəmizdə insanların yaşayış səviyyəsi yüksəlmiş, Azərbaycan tamamilə dəyişmişdir. Fərqi yoxdur, bu nailiyyətlər biz Sovet İttifaqının tərkibində olduğumuz zaman, yaxud da ondan sonrakı dövrdə, müstəqillik dövründə olubdur - bunlar hamısı Azərbaycanındır, hamısı bizimdir, bizim millətimizindir...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görkəmli müğənni və bəstəkar M.Maqomayevə "İstiqlal" ordeni təqdim edərkən - 6 sentyabr 2002-ci il

“...Görünür, tale Müslümün də, mənim də üzümə gülmüşdür ki, 1969-cu ildə mən Azərbaycanın rəhbəri seçiləndə Müslümü himayə etməyə başladım. Belə istedadlı müğənninin himayəyə bir o qədər ehtiyacı yoxdur, bununla belə, bizim yaşadığımız həmin dövrdə, həmin ab-havada bu da lazım idi. Məsələn, mən bunu məhz ona görə edirdim ki, Azərbaycanın görkəmli musiqiçisi, müğənnisi, bəstəkarı, çox mürəkkəb mahnıların ifaçısı irəli çəkilsin və bununla da o, incəsənəti daha da zənginləşdirir və bizim ölkəmizin, Azərbaycanın, xalqımızın başını ucaldırdı. O dövrdə, elə bu gün də mənim vəzifəm hər bir istedadlı adama əlimdən gələn köməyi göstərməkdən ibarət olmuşdur...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə - Səngəçal sahil terminalı, 18 sentyabr 2002-ci il

“...Boru kəmərlərinin sayı artır. Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir....”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev MDBMİ(U) -nun fəxri doktoru diplomunun təqdim olunması mərasimində -Moskva, 24 sentyabr 2002-ci il

“...Mənim fəxri doktor adına layiq görülməyimlə əlaqəsi olanların hamısına minnətdarlığımı bildirirəm. Mən bunu çox yüksək qiymətləndirirəm. Mən çoxlu müxtəlif adlar, o cümlədən bir çox xarici universitetlərin fəxri doktoru adını almışam, lakin belə nüfuzlu, hörmətli və bütün dünyada məşhur olan institutun fəxri doktoru adına layiq görülməyimin mənim üçün xüsusi əhəmiyyəti vardır. Buna görə də mən minnətdarlığımı bildirir və sizi əmin edirəm ki, bu yüksək adı həmişə şərəflə daşıyacaq və sizin böyük etimadınıza layiq olmağa çalışacağam...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqamı"nın təqdimatına həsr olunmuş ümummilli konfransda – Respublika sarayı, 25 oktyabr 2002-ci il

“...Əgər biz 1994-1995-ci illərdə, demək olar ki, boş yerdə, dağılmış iqtisadiyyat şəraitində Azərbaycanın inkişafını təmin etməyə başladıqsa, bilirsiniz ki, indi böyük bir bünövrə üzərində dururuq. Bu bünövrə də Azərbaycanın bugünkü müstəqilliyi, azadlığı, Azərbaycanın müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət qurması, Azərbaycanın Konstitusiyasıdır. Yenə də deyirəm, indi Azərbaycanın güclü iqtisadiyyatı var. Biz bu möhkəm təməl üzərində dururuq və buradan gələcəyə doğru irəliləyirik. Bax, bu yolda bizim əsas vəzifələrimizdən biri yoxsulluğun azaldılmasıdır...”

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda - Vaşinqton, 25 fevral 2003-cü il

“…Bildirmək istəyirəm ki, Xəzər dənizində neft və qaz ehtiyatları olduqca çoxdur. İlkin qiymətləndirmələrə görə, təkcə Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740-750 min ton neft gözləyirik və bu, Bakı-Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görürsünüz, ümumi miqdar çoxdur - 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlar ancaq Azərbaycan sektorundadır. Demək bu, 50-100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir. Ona görə də bu, həm Azərbaycan üçün, onun iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfəət, fayda gətirəcəkdir...” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqindən

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bakıda Baş Kafedral kilsənin açılış mərasimində - 24 mart 2003-cü il

“...Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı - 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də, müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə ibadət edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur...” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Baş Kafedral kilsənin açılış mərasimində nitqindən