"Azərbaycan bayrağı İst-River sahilində"

 
 
 
 
 
 
 
Sentyabrın 29-da "Exselsior" otelinin "Əlincə" salonunda "Azərbaycan bayrağı İst-River sahilində" adlı kitabın təqdimat mərasimi keçiriləcək. Toplu Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevheritage.org) növbəti nəşri hesab edilir. Mərkəzin məlumatında bildirilir ki, ümummilli lider Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda, ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur.

Tədbirdə ölkə ziyalılarının, dövlət nümayəndələrinin və KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub.

 

Xədicə