"Azərbaycan qadını naminə" kitabının təqdimatı keçirilib (07/03/2010 08:16)

 
 
 
 
 
 
 
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Azərbaycan qadını naminə" kitabını nəşr edib. RİYAD MEDİA-nın xəbərinə görə, kitab Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın siyasəti haqqında" 6 mart 2000-ci il tarixli Fərmanının 10 illiyinə həsr olub. Kitabda ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti mühüm sənədlərin dili ilə şərh olunur. Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş kitabda ulu öndər Heydər Əliyevin Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına müraciətləri, qadınların I qurultayındakı çıxışı, qadın problemləri ilə bağlı toplantılarda çıxışları və məktubları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri kitabda yer almışdır. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları daxil edilib.

Kitabın məsləhətçisi akademik Asəf Nadirov, elmi məsləhətçisi və ön sözün müəllifi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.

Akademik A.Nəsirov kitab haqında öz təəsüratlarını bölüşüb. Ailə Qadın və Uşaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu kitabın həm elmlə məşğul olan, həm siyasətçilər, həm də sadə vətəndaşlar üçün gözəl bir mənbə olduğunu qeyd edib.