Heydər Əliyevin İrsini Araşdırma Mərkəzi özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyev-heritage.org) ümummilli lide­rimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində özü­nün 6 nəşrini elektron for­matda yenidən çap etmişdir.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev AzerTAc-a bildirmişdir ki, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Res-publikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunmuş kitabların elektron variantları yer almışdır.

Mərkəzin birinci elektron nəşri Azərbaycanın ATƏT ilə münasibətlərindən bəhs edir və "Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikin­ci bir erməni dövlətinin ya­ranmasına yol verə bilmərik" adlanır. Eyni adlı kitab 2006-cı ildə çapdan çıxmış və Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində (ingilis, fransız və rus) nəşr edilmiş­dir. Kitabda Azərbaycan xal-qının ümummilli lideri Hey­dər Əliyevin ATƏT-in zirvə görüşlərindəki nitqlərinin mətni, bir sıra rəsmi sənədlər toplanmışdır.

İkinci elektron nəşr ölkəmizin İslam Konfransı Təşki­latı (İKT) ilə əməkdaşlığın-dan bəhs edir və "Azərbay­can İslam Konfransı Təşkila­tı sıralarında" adlanır. 2008-ci ildə Azərbaycan dili ilə ya­naşı, İslam Konfransı Təşkilatının rəsmi dillərində (ingi­lis, fransız və ərəb) nəşr edi­lən kitaba ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT-nin zirvə görüşlərindəki nitqləri və müvafiq sənədlərin mətni daxil edilmişdir. "Ön söz"ün müəllifi xarici işlər naziri Elmar Məmmədyarovdur.

Üçüncü elektron nəşr NA­TO ilə əlaqələrimizdən bəhs edir və "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" adlanır. 2009-cu ilin aprelin­də, Azərbaycan Respublika­sının NATO-nun "Sulh namine tərəfdaşlıq proqramı"na qoşulmasının 15 illiyinə ithaf edilən kitaba mövzu ilə bağlı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin nitqləri və görüşlərinin mətni daxil edilmişdir. Kitab Azər­baycan və NATO-nun işçi dillərində (ingilis və fransız) nəşr olunmuşdur.

Dördüncü elektron nəşr ölkəmizin BMT ilə münasi­betlərindən bəhs edir və "Azərbaycan bayrağı İst-River sahilində" adlanır. 2009-cu ilin sentyabrında çap olu­nan kitab ümummilli lider Heydər Əliyevin bu mötəbər təşkilatda ilk nitqinin 15-ci ildönümünə ithaf edilmişdir. Kitabda ümummilli lider Heydər Əliyevin və Prezi­dent İlham Əliyevin ölkəmi­zin bu ali qurumla münasibətlərini xarakterizə edən nitqləri, görüşlərinin mətni və müvafiq rəsmi sənədlər yer almışdır. Kitab Azərbaycan və ingilis dillərində tam versiyada, BMT-nin digər rəsmi dillərində (fransız, ispan, Çin, ərəb ve rus) isə xülasə ilə çap olunmuşdur.

Beşinci elektron nəşr öl­kəmizin Avropa Şurasına qəbul edilməsinin 10-cu ildönümünə həsr olunmuşdur. Bu nəşr "Azərbaycan vahid və bölünməz Avropada" ad­lanır. Kitaba ulu öndər Hey­dər Əliyevin və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin bu təşkilatın ali kürsü­sündən söylədikləri nitqlərin, Avropa Şurasının rəhbərliyi ilə görüşlərinin mətni daxil edilmişdir. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabın "Ön söz"ünün müəlli­fi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyə­tinin rəhbəri Səməd Seyidovdur.

Nəhayət, altıncı elektron nəşr "Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasi-bətləri)" adlanır. Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitaba mövzu ilə bağlı ulu öndər Heydər Əliyevin və Prezident  İlham Əliyevin nitq və görüşlərinin mətnləri, eləcə də rəsmi sə­nədlər daxil edilmişdir. Azərbaycanla Aİ arasında imza­lanmış "Terefdaşlıq və Əməkdaşlıq haqqında Saziş"in 15 illiyinə ithaf olun­muş kitaba "Ön söz" Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi­nin sədri Əli Hüseynli tərə­findən yazılmışdır.

Kompüter və rəqəmsal texnologiyaların inkişafı Heydər Əliyev İrsini Araşdır­ma Mərkəzinin nəşr etdiyi kitabların elektron versiyalarının yaradılmasını şərtləndi­rən əsas amillərdir. Kitabla­rın elektron variantda yayımı oxuculara çap variantından fərqli olaraq yeni imkanlar yaradır. Bunlar əsas etibarile kontekstde axtarış, fərdi kompüterə köçürmə, elek­tron poçt vasitəsilə planetin müxtəlif istiqamətlərinə bir andaca göndərilmə imkanı və sairədir.