Heydər Əliyev İrsini Araşdırma Mərkəzi özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) ümummilli liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində özünün 6 nəşrini elektron formatda yenidən çap etmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev AzərTAc-a bildirmişdir ki, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunmuş kitabların elektron variantları yer almışdır.