Heydər Əliyev İrsini Araşdırma Mərkəzi 6 nəşri elektron formatda yenidən çap edib.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin APA-ya verdiyi məlumata görə, oxuculara təqdim edilən yeni topluda Azərbaycan Respublikasının bir sıra mötəbər beynəlxalq təşkilatlarla münasibətlərinə həsr olunan kitabların elektron variantları yer alıb. Mərkəzin elektron nəşrlərində Azərbaycanın ATƏT-lə İslam Konfransı Təşkilatı, NATO, BMT, Avropa Şurasına qəbul edilməsinin 10-cu ildönümü, Azərbaycan-Avropa İttifaqı münasibətlərindən bəhs edir.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdiyi kitabların elektron versiyalarının yaradılmasını kompüter və rəqəmsal texnologiyaların inkişafı zəruri edir. Kitabların elektron variantda yayımı oxucularımıza çap variantından fərqli olaraq yeni imkanlar - kontekstdə axtarış, fərdi kompüterə köçürmə, elektron poçt vasitəsilə planetin müxtəlif istiqamətlərinə bir andaca göndərilmə imkanı yaradır.