Azərbaycanın ümummilli lideri Heydər Əliyevin BMT-dəki çıxışının ildönümünə ithaf ‎olunan kitabın təqdimat mərasimi keçirilib - 29.09.09 13:13‎

 
 
 
 
 
 
Azərbaycan, Bakı, 29 sentyabr /Trend News, müxbir A.Hüseynbala/
 
 
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının ildönümünə ithaf olunan kitabın təqdimat mərasimi keçirilib.

"15 il əvvəl sentyabrın 29-da Azərbaycanın ümummill lideri Heydər Əliyev Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb", - Trend News-un məlumatına görə, çərşənbə axşamı keçirilən təqdimat mərasimində Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbəri Fuad Babayev bildirib.

Babayevin sözlərinə gğrə, kitab oxuculara Azərbaycan və ingilis dilində tam mətn, çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur. "Azərbaycan bayrağı İst-River sahilində" kitabına böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çıxışları, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib", - mərkəz rəhbəri əlavə edib.

"Bu, diplomatiya tariximizin öyrənilməsi üçün çox vacib kitabdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb və dövlətimizin xarici siyasətinin əsas prioritetlərini çatdırıb", - tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib.

Poluxovun sözlərinə görə, Heydər Əliyevin həmin siyasəti bu gün də davam etdirilir. "Belə bir kitabın nəşr olunması xarici siyasətimiz üçün çox önəmlidir", - mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az