NƏŞRLƏRİMİZ

"Böyük Liderin 90 anı"

İSBN: 978-9952-32-101-2

Kitabın buraxıldığı il: 2013

Format: 25 x 25mm

Səhifə: 272

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

Kitabın annotasiyası: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş kitab-albomda ulu öndərin 1993-2003-cü illərdəki fəaliyyətinin 90 məqamı öz əksini tapıb. 10 il ərzində Heydər Əliyevi müşayiət edən Rafiq Bağırovun lentə aldığı foto-şəkillərin daxil edildiyi kitab-alboma həmçinin konkret anla bağlı tarixi arayış və Heydər Əliyevin çıxışından sitat əlavə olunub. Azərbaycan və ingilis dillərində, nəfis dizayn və tərtibatla təqdim edilən kitab-albomda yaradıcı qrup Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətlərini əhatə etməyə çalışıb. Belə ki, kitabda böyük liderin andiçmə mərasimləri, neft strategiyası, iqtisadiyyat, xarici və daxili siyasət, mədəniyyət, elm və təhsil, idman, uşaq və gənclər siyasəti və s. sahələr öz əksini tapıb. Kitab-albom Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev haqqındakı deyimi ilə bitir.

"90 Instants of the Great Leader"

ISBN: 978-9952-32-101-2

Year of publication: 2013

Format: 25 x 25mm

Pages: 272

Series: Heydar Aliyev Heritage Research Center

Annotation of the book: The photo-album, which is dedicated to the 90th anniversary of the national leader of the Azerbaijani people Heydar Aliyev, reads about 90 instants of the leader’s activity in the years of 1993-2003. Besides the photos taken by Rafiq Baghirov, who accompanied Heydar Aliyev within ten years, the photo-album is included historical references on certain instants and quotes from Heydar Aliyev’s speeches.
The creative group tried to cover all the directions of the activity of Heydar Aliyev in the photo-album, which is presented with fine design and layout. Thus, the Book is reflected the inauguration ceremonies of great leader, as well as the fields of oil strategy, economy, foreign and home policy, culture, education and science, sports, youth policy and other spheres. The photo-album ends with thoughts of the President of the Republic of Azerbaijan Ilham Aliyev about Heydar Aliyev.

Heydər Əliyev: "Biz ‎Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik"

Heydar Aliyev: "We can not allow the second armenian state be established in the territory of Azerbaijan"

Гейдар Алиев: "Мы не можем допустить возникновения на территории Азербайджана второго армянского государства"

Heydar Aliyev: "Nous ne pouvons pas admettre l’apparition sur le territoire de l’Azerbaidjan du deuxieme Etat armenien"

İSBN: 5-87459-127-3

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2006

Səhifə: 410

Seriya: "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının nəşri

Kitabın annotasiyası: Heydər Əliyev: "Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının yeni nəşridir. Bu nəşrə ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib. Kitab Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın dövlət dillərində çap olunu

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında"

"AZERBAIJAN IN THE ORGANIZATION OF THE ISLAMIC CONFERENCE"

"AZERBAIDJAN DANS LES RANGS DE L'ORGANISATION DE LA CONFERENCE ISLAMIQUE"

İSBN: 978-9952-444-04-9

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2008

Səhifə: 408

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun ön söz yazdığı kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır. Kitab Azərbaycan dili ilə yanaşı, İslam Konfransı Təşkilatının işçi dillərində - ingilis, fransız və ərəb dillərində nəşr olunmuşdur.

Kitabın annotasiyası: Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır.

Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol

"AZƏRBAYCAN–NATO: TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL"

"AZERBAIJAN–NATO: ROAD BEGINNING FROM PARTNERSHIP"

"AZERBAIDJAN-OTAN: LE DEBUT DU PARTENARIAT"

İSBN: 978-9952-444-21-6

Cild: Supercild və qalın üzlük

Format: 230 x 280 mm

Kitabın buraxıldığı il: 2009

Səhifə: 342

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Azərbaycan-NATO: tərəfdaşlıqdan əməkdaşlığa" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin NATO-nun mənzil qərargahında, bu təşkilatın Nyu-Yorkda, Avropa - Atlantika Əməkdaşlıq Şurasının Madrid zirvə görüşlərindəki, Parlament Assosiasiyasının Praqa sessiyasındakı çıxışları, NATO-nun baş katibləri Xavyer Solana, Corc Robertson ilə görüşləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun İstanbul Zirvə görüşündə, "Avratlantik İttifaqı yol ayrıcında" mövzusunda Beynəlxalq konfransda, Parlament Assosiasiyasının Paris sessiyasındakı çıxışları və NATO-nun Baş katibi Yaap Hoop de Sxefferlə görüşü yer almışdır.

"Sabaha doğru"

"Towards the Future"

"Навстречу грядущему дню"

SBN : 978-9952-444-22-3

Cild: Supercild və qalın üzlük

Format: 60x84 mm

Kitabın buraxıldığı il: 2009

Səhifə: 710

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri

Kitabın annotasiyası: "Sabaha doğru" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə etdiyi çıxışlar daxil edilmişdir. Kitab tədqiqatçılar, politoqlar, tələbələr və ümumiyyətlə, geniş oxucu kütləsi üçün nəzrədə tutulmuşdur.

"Azərbaycan bayrağı İst-River sahilində"

"Azerbaijani flag on the East river bank"

İSBN : 978-9952-444-23-0

Cild: Supercild və qalın üzlük

Format: 60x84 mm

Kitabın buraxıldığı il: 2009

Səhifə: 435

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Azərbaycan bayrağı İst-River sahilində" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Kitaba böyük siyasətçi Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çıxışları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Məclisinin 58-ci, 59-cu sessiyalarındakı çıxışları, BMT-nin proqram, agentlik və fondlarının rəhbərləri ilə görüşlərinin mətni daxil edilib. Kitabda həmçinin, BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - YUNESKOnun xoşməramlı səfi ri Mehriban xanım Əliyevanın ona bu mötəbər adın təqdim olunduğu təntənəli mərasimdə və BMT-nin Cenevrədəki bölməsinin iqamətgahında "Azərbaycan otağı"nın açılışındakı çıxışları da yer alıb.

"Azərbaycan qadını naminə"

"In the Name of the Azerbaijani Woman"

"Во имя азербайджанской женщины"

İSBN: 978-9952-444-28-5

Cild: Supercild və qalın üzlük

Format: 60x84 mm

Kitabın buraxıldığı il: 2010

Səhifə: 372

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Azərbaycan qadını naminə" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşridir. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanının imzalanmasının 10 illiyinə həsr olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasətini ən müxtəlif cəhətlərdən açıqlayan çoxsaylı çıxış və müraciətləri var. Bu kitabda həmin sənədlərin əksər hissəsi yer almışdır. Kitaba Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qadınların ali məclislərindəki çıxışları, qadın bayramları ilə əlaqədar təbrikləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qadınlar Günü və müxtəlif tədbirlərlə bağlı Azərbaycan qadınlarına təbrik məktubları daxil edilmişdir. Kitaba həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışları və "Bakı" jurnalına müsahibəsi daxil edilmişdir. "Azərbaycan Respublikasında Qadın Siyasəti haqqında" Fərmanın "Gender bərabərliyi haqqında" Qanunun mətni də kitaba daxil edilən sənədlərdəndir.

SEO IMAGE NAME

"135 illik yol"

"Road of 135 years"

İSBN: 978-9952-444-38-4

Cild: nazik cild

Format: 145x230 mm

Kitabın buraxıldığı il: 2010

Səhifə: 234

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Azərbaycan və ingilis dillərində nəşr olunan kitab "135 illik yol" ("Road of 135 years") adlanır.

Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov yazdığı ön sözündə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi. Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır. Kitab müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən dövlət siyasəti haqqında obyektiv təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait, milli mətbuatımızın 135 illiyinə layiqli hədiyyədir.

"İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram"

"Ilham Aliyev: I challenge the journalists to patriotism"

İSBN: 978-9952-444-39-1

Cild: qalın

Format: 145x230 mm

Kitabın buraxıldığı il: 2010

Səhifə: 269

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "İlham Əliyev: Mən jurnalistləri vətənpərvərliyə çağırıram" kitabı Heydər Əliyev İrisini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi və Azərbaycanda milli mətbuatın yaradılmasının 135 illiyinə həsr etdikləri ikinci kitabdır. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 135 illik yubileyinin geniş qeyd edilməsi barəsində sərəncamından yubileyə qədər olan dövr ərzində dövlət səviyyəsində görülmüş tədbirlər iki dildə oxuculara çatdırılır.

"Azərbaycan vahid və bölünməz Avropada"

"Azerbaijan in united and indivisible Europe"

İSBN: 978-9952-8135-3-1

Cild: Super cild

Format: 70x100 1/16

Kitabın buraxıldığı il: 2011

Səhifə: 436

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Azərbaycan vahid və bölünməz Avropada" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitab Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsinin 10 illiyinə həsr olunur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurasının nümayəndələri ilə görüşlərinin mətni və eləcə də bu təşkilatın tədbirlərindəki çıxışları kitaba daxil edilmişdir. Avropa Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağla bağlı qətnamə və tövsiyələri də kitabda yer alan sənədlərdəndir.

Heydər Əliyev: "Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir"

ჰეიდარ ალიევი: “ქართველ და აზერბაიჯანელ ხალხთა მეგობრობა სამაგალითოა მთელი მსოფლიოსთვის”

ISBN: 978-9952-8135-3-8

Cild: qalın

Format: 60x90 1/16

Kitabın buraxıldığı il: 2011

Səhifə: 270

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabında dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq çıxışlarının köməyi ilə şərh olunur.

"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)"

"Baku-Brussels (Azerbaijan-European Union relations)"

ISBN: 978-9952-81347-7

Həcmi: 25,5

Format: 70x100

Kitabın buraxıldığı il: 2011

Sifariş: 41

Tiraj: 500

Səhifə: 404

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" kitabı Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin imzalanmasının 15 illiyinə həsr olunmuşdur. Kitabda ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının rəhbərləri ilə görüşlərdə çıxışlarının mətni, Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanat, qətnamə və kommünikelər, tarixi arayışlar, məlumat-soraq materialları, foto-şəkillər yer almışdır.

Heydər Əliyev: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir"

Haydar Aliyev: "Azerbaycan'ın bağımsızlığı ebedidir"

ISBN: 978-9952-81346-5

Həcmi: 31

Kitabın buraxıldığı il: 2011

Format: 70x100

Sifariş: 207

Tiraj: 500

Səhifə: 371

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: "Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir" kitabı Azərbaycan Respublikasının müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr olunub. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müxtəlif illərdə inauqurasiya mərasimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xarici və daxili siyasət, neft strategiyası, iqtisadiyyat, mədəniyyət, diaspora, ordu quruculuğu, din, gənclər siyasəti ilə bağlı çıxışları daxil olunub. Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı tarixi arayış, çıxışlarda adları çəkilən anlayışlar və şəxsiyyətlərlə bağlı məlumat-soraq materialları da kitabda yer almışdır. Kitabda həmçinin, hər bir çıxışın ingilis dilində qısa məzmunu verilmişdir.

"Tarİxİ Azərbaycan dövlətlərİ"

"Azerbaijani States in History"

"Ադրբեջանի հնագույն պետությունները"

"ისტორიული აზერბაიჯანული სახელმწიფოები"

"STATELE ISTORICE DIN AZERBAIDJAN"

"Історичні Азербайджанські Держави"

ISBN: 978-9952-8133-2-8

Həcmi: 15

Kitabın buraxıldığı il: 2012

Format: 19x19

Səhifə: 240

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşr etdirdiyi Tarixi Azərbaycan Dövlətləri kitabı işıq üzü görmüşdür. Azərbaycan, ingilis, erməni, gürcü, moldav və ukrayna dillərində nəşr olunmuş kitabda tarixi Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər haqqında qısa məlumatla bərabər onların əhatə etdiyi əraziləri əks etdirən xəritələr verilmişdir.

"Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012"

REPUBLIQUE D’AZERBAÏDJAN - ROYAUME DE BELGIQUE: 1992-2012

REPUBLIEK AZERBEIDZJAN - KONINKRIJK BELGIË: 1992-2012

ISBN: 978-9952-8134-1-1

Həcmi: 22

Kitabın buraxıldığı il: 2012

Format: 60x90 1/16

Səhifə: 352

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Kitab Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikanın dövlət və hökumət nümayəndələri ilə görüşlərinin mətnləri, bu ölkəyə səfərləri zamanı etdikləri çıxışlar daxil edilmişdir.

"30 tarixi səfər"

ISBN: 978-9952-485-32-5

Həcmi: 21,5

Kitabın buraxıldığı il: 2013

Format: 70x100 1/16

Səhifə: 360

Seriya: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri

Kitabın annotasiyası: Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri ilə bağlı materiallar daxil edilib. Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları da kitabda yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

"30 historical visits"

ISBN: 978-9952-485-32-5

Capacity: 21,5

Year of publication: 2013

Format: 70x100

Pages: 360

Series: Heydar Aliyev Heritage Research Center

Kitabın annotasiyası: Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərləri ilə bağlı materiallar daxil edilib. Mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxış və müsahibələrindən iqtibaslar, Heydər Əliyevin konkret rəsmi və dövlət səfərləri ilə bağlı tarixi arayışlar, məlumat-soraq materialları da kitabda yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

"Xocalı-1992"

"KHOJALY-1992"

"KHODJALY-1992"

"ХОДЖАЛЫ-1992"

ISBN: 978 9952-485-22-6

Kitabın buraxıldığı il: 2014

Format: 12×20

Səhifə: 263

Dillər: azərbaycan, fransız, ingilis, rus

Cild: nazik cild

Seriya: Heydər Əliyev İrsini araşdırma mərkəzinin nəşrləri

Nəşriyyat: cbs

Kitabın annotasiyası: Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşri – “Xocalı-1992” kitabının yenidən işlənilmiş və əlavələr edilmiş nəşri çapdan çıxmışdır. Kitab 1992-ci ildə, erməni silahlı birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuşdur. Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında müxtəlif çıxış və müraciətlərindən iqtibaslar, insanlığa utanc gətirən bu faciə haqqında tarixi arayış, məlumat-soraq materialları daxil edilmişdir. Kitabın “Təcavüzkarın dəst-xətti” bölümündə erməni vəhşiliyinin qurbanlarının fotoları yer almışdır.

"Azerbaijani States in History"

ISBN: 978 9952-485-035

Kitabın buraxıldığı il: 2013

Format: 11×16.5

Səhifə: 96

Dil: ingilis

Cild: nazik cild

Seriya: Heydər Əliyev İrsini araşdırma mərkəzinin nəşrləri

Nəşriyyat: cbs

Kitabın annotasiyası: “Tarixi Azərbaycan Dövlətləri” kitabı Azərbaycanın tarixi torpaqlarında indiyədək mövcud olmuş dövlətlər haqqında ensiklopedik məlumatları əhatə edir. Kitabda həmçinin, bu dövlətlərin ərazilərini əks etdirən xəritələr verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

"Tarixi Azərbaycan Dövlətləri"

"AZERBAIJANI STATES IN HISTORY"

ISBN: 978-9952-8133-1-8

Kitabın buraxıldığı il: 2012

Format: 19×19

Səhifə: 96

Dillər: azərbaycan, ingilis

Seriya: 1905.az

Kitabın annotasiyası: “Tarixi Azərbaycan Dövlətləri” kitabı Azərbaycanın tarixi torpaqlarında indiyədək mövcud olmuş dövlətlər haqqında ensiklopedik məlumatları əhatə edir. Kitabda həmçinin, bu dövlətlərin ərazilərini əks etdirən xəritələr verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.