"Bu kitabda müstəqilliyimiz dövründə qadınların cəmiyyətdəki yeri, onların uğurları daha geniş formada əks olunub". Kitabın ön sözünün müəllifi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova təqdimat mərasimində bildirib. Onun sözlərinə görə, "Azərbaycan qadını naminə" kitabı həm elm adamları, həm də siyasi xadimlər üçün lazımlıdır. Hüseynova bildirib ki, son illərdə Azərbaycanda qadınların siyasi, ictimai sahələrdə fəallığı müşahidə olunur.
Kitabın məsləhətşisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Nadirov təqdimat zamanı bildirib ki, Azərbaycan qadını hər zaman ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.
"Qadınlar Azərbaycan həyatında güclü qüvvəyə çevriliblər", - Nadirov vurğulayıb.
"Azərbaycan qadını naminə" kitabı ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında qadın siyasəti haqqında" Fərmanının imzalanmasının 10 illiyinə həsr olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@trend.az