az|en|ru

Nəşrlərimiz


Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan bayrağı İst-River ‎sahilində" kitabı işıq üzü görmüşdür

Azərbaycan bayrağı İst-River sahilində" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Azərbaycanın BMT ilə münasibətlərindən bəhs edən yeni nəşridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin BMT Baş Məclisinin sessiyasındakı ilk çıxışının 15-ci ildönümünə ithaf olunan bu kitabda ölkəmizin BMT ilə əlaqələri mühüm sənədlərin dili ilə şərh olunur. Əlbəttə, Azərbaycanın BMT-nin bütün qurumları ilə əlaqələrini əks etdirən sənədlərin hamısını bir cilddə yerləşdirmək mümkün deyil. Ona görə də kitab tərtib edilərkən bu əlaqələrin mahiyyətini əks etdirən sənədlərə üstünlük verilmişdir. Kitab oxuculara Azərbaycan və ingilis dilində tam mətn, Çin, fransız, ispan, rus və ərəb dillərində isə qısa xülasə ilə təqdim olunur...

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Sabaha doğru" kitabı işıq üzü ‎görmüşdür

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri "Sabaha doğru" adlanır.

Kitaba Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə etdiyi çıxışlar daxil edilmişdir. Kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur.

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan-NATO: tərəfdaşlıqdan ‎başlanan yol" kitabı işıq üzü görmüşdür

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşri "Azərbaycan-NATO: tərəfdaşlıqdan başlanan yol" adlanır.

Kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun nüfuzlu məclislərindəki çıxışlarının mətni daxil edilmişdir...

...

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Azərbaycan İslam Konfransı Təşkilatı ‎sıralarında" kitabı işıq üzü görmüşdür

"Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti nəşridir. Kitabda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam Konfransı Təşkilatının Kasablanka və Tehran zirvə görüşlərindəki çıxış və müsahibələri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məkkə zirvə görüşündəki və İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 33-cü sessiyasındakı çıxışları yer almışdır...

...

‎"Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının yeni nəşri "Heydər Əliyev: Biz ‎Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı işıq ‎üzü görmüşdür

"Heydər Əliyev: Biz Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik" kitabı "Heydər Əliyev irsi" Beynəlxalq Elektron Kitabxanasının yeni nəşridir. Bu nəşrə ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş zirvə toplantılarının bəzi materialları daxil edilib. Kitab Azərbaycan dili ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin - ABŞ, Fransa və Rusiyanın dövlət dillərində çap olunub...

...

1 2