az|en|ru

Xocalı soyqırımı haqqında kitab Harvard Uiniversitetinin kitabxanasında


Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində, Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev bu barədə məlumat verərək həmçinin bildirib: “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı geniş yayılmış xarici dillərdə çap edilir. Cari ilin fevral ayında işıq üzü görmüş “Xocalı-1992” kitabı həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində çıxdı.  Bu kitab  Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanovun təşkilatçılığı ilə bir müddət öncə Belçika Federal Parlamentində keçirilmiş «İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri» mövzulu müzakirələrdə də təqdim edilmişdi. 
Təbii ki, kitab dünyanın ən nüfüzlu kitabxanalarına da göndərilib. Bu günlərdə isə biz Harvard Universiteti kitabxanasından “Xocalı-1992” kitabı nüsxələrinin fondlara daxil edilməsi haqqında məlumat aldıq. Bu planetin əsas elm mərkəzlərindən aldığımız analoji məzmunlu növbəti məktubdur”.