az|en|ru

Kosmonavtın imza günü olub


Moderator.az xəbər verir ki, iyunun 5-də Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitab Evində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevskinin imza mərasimi olub. Mərasimi giriş sözü ilə Kitab evinin direktoru Gülər Əliyeva açaraq, qonağı salamlayıb. Sonra çıxış edən Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev bildirib ki, M.Hermaşevski Şamaxının millət vəkili Elxan Süleymanovun dəvəti ilə ölkəmizdə səfərdədir. F.Babayev qeyd etdi ki, polşalı kosmonavtın “Çəkisizliyin yükü” kitabı www.aliyevheritage.org Tərcümə Laboratoriyasında Azərbaycan dilinə tərcümə edilib.

M.Hermaşevski Azərbaycana səfərinin onda böyük təəssürat yaratdığını, Azərbaycanla Polşa arasında münasibətlərin böyük tarixi olduğunu vurğulayıb. Müəllifi olduğu kitab barəsində ətraflı məlumat verən qonaq, onun Azərbaycan dilində işıq üzü görməsindən qürur hissi keçirdiyini bildirib.

Daha sonra müəllif kitabını mərasimə toplaşanlar üçün imzalayıb.